8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Vətən-e Emruz” (İran)
İran əleyhinə sanksiyaların dair avropalılar və amerikalıların əməkdaşlığında İranın ballistik raket proqramı və regional siyasəti başlıca mövzu olub. Trampın yanvarın 12-də verdiyi açıqlamadan sonra müzakirələrdə yeni mərhələ başlayıb. ABŞ prezidenti deyib ki, "5+1” nüvə razılaşmasına aid yeni şərtləri var və bu şərtlərə əməl olunmadığı təqdirdə, İrana əleyhinə sanksiyaların dayandırılmasına dair müddəti uzatmayacaq. Trampın başlıca şərtində isə ballistik raket proqramı məhək daşıdır.
Bu arada, raket müzakirələri məsələsində mühüm rol oynayan fransızlar qeyri-müəyyən mövqe tutublar. Fransanın xarici işlər naziri bu yaxınlarda qəribə və heyrətamiz bəyanatla bildirib ki, əgər İran öz nüvə proqramının məhdudlaşdırılması ilə bağlı əməkdaşlıq etməyəcəksə, yenidən kütləvi qırğın silahı hazırlanmaq cəhdində ittiham olunacaq.
Jan-İv Le Drianın bu şərhi həqiqətdə, sıfır nöqtəsinə qayıdış deməkdir. Çünki İranın nüvə proqramının böyük hissəsinin məhdudlaşdırılmasına və İranın bu sazişin öhdəliklərinə riayət etməsinə baxmayaraq, Qərb indi Tehrana qarşı təkcə nüvə silahı hazırlamaq cəhdi deyil, həm də ballistik raket proqramı ilə ikiqat ittiham irəli sürüb.
Bu o deməkdir ki, Həsən Ruhani hökumətinin İranda nüvə sənayesinin böyük hissəsinin qapadılmasına səbəb olmuş proqramına əlavə olaraq, Avropa və ABŞ yeni təzyiq mexanizmi ilə təzyiqi gücləndirmək niyyətindədir.
Ekspertlər deyirlər ki, Fransa xarici işlər nazirinin şərhləri, əslində, İranın hədələnməsi, Tehranı ballistik raket planlarından çəkindirməkdir. "Spiegel”həftəliyi də son buraxılışında bu məsələyə toxunaraq yazıb ki, "avropalılar İrana qarşı raket sanksiyaları tətbiq etmək istəyirlər”.
Fransanın xarici işlər naziri Le Drian "Daily Mail”ə verdiyi müsahibədə ballistik raket proqramının məhdudlaşdırılması üçün yenidən Tehranın təzyiq göstərilməsinin vacibliyini vurğulayıb. Le Drian deyib ki, "BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarına uyğun olaraq İranın ballistik raket proqramının çərçivəsində sərtlik nümayiş etdirilməlidir. Əgər İran beynəlxalq birliyin sıralarına qayıtmaq istəyirsə, əməkdaşlıq etməlidir. Əks halda, ölkə hələ də nüvə silahı yaratmaq cəhdində ittiham olunacaq. Biz ballistik raket proqramı və regional siyasət məsələləri ilə bağlı İranla söhbət etməyə hazırıq”.
Fransa xarici işlər naziri bildirib ki, o artıq İranla regional məsələlər və ballistik raket proqramı ilə bağlı danışıqlar aparıb. Le Drian "Figaro”ya deyib: "Biz İranla ballistik raket və regional məsələlər üzrə danışıqlara başlamışıq". O əlavə edib: "Tehranla iranlı hərbçilərin regiondakı destruktiv təsiri, "Hizbullah” və Yəməndə husilərin maliyyələşdirilməsi barədə müzakirələr aparmaq istərdik. Buna görə də, martın 5-də İrana səfər edəcəyəm”.
Yanvarın 22-də Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Le Drianın iddiasını təkzib edib. O, Fransa rəsmisi ilə ballistik raket proqramının və regional məsələlərin öncədən ümumiyyətlə müzakirə edilmədiyini bildirib. "Bu mövzuda "qırmızı xətt”imiz var və ölkənin mövqeyi olduqca aydındır. Başqalarının onlara aid olmayan sahələrə müdaxilə hüququ yoxdur. Bəzi regional və qlobal məsələlərə gəlincə, bütün ölkələrlə dialoq və məsləhətləşmələr aparıla bilərik”.
Xarici işlər nazirinin müavini Abbas Əraqçi qəti şəkildə bildirib ki, "ballistik raket proqramı ilə bağlı sadəcə danışıq olub, müzakirələr aparılmayıb. Hətta regional problemlərlə bağlı belə müzakirə olmayıb. Le Drianın iddiaları əsassızdır”.
…Xarici işlər naziri Zərif "Financial Times” qəzetində nəşr olunan məqalədə regional müzakirələr üçün təhlükəsizlik şəbəkəsini yaradılmasının vacibliyini vurğulayıb: "Hazırda koalisiyalar yaradılmasının bir çox modelləri köhnəlib. Təhlükəsizlik şəbəkəsi – İranın innovasiya ideyası mövcud maraqlar ziddiyyəti və tarazsızlıq problemlərini həll edəcək. Bu ideya sadə və səmərəlidir. Onun mahiyyəti maraqlar rəqabətini inkar etmək yox, fərqləri qəbul etmədir. Yeni ideyanın aydaları aydındır. O, suveren dövlətlərin bərabərliyinə dair ümumi standartlar kimi, BMT-nin tövsiyə etdiyi zor və güc tətbiqindən çəkinmə, mübahisələrin dinc yolla həlli, bir-birinin daxili işlərinə müdaxilə etməmə, dövlətlərin hüquq və seçiminə hörmət göstərməni nəzərdə tutur. Təhlükəsizlik şəbəkəsi utopik məsələ deyil. Bu, transatlantik qüvvələrin istifadəsi, fövqəladə koalisiyalar, neft dollarları və yaltaqlıqla təhlükəsizlik alqı-satqısı illüziyasına dair saxta gözləntilərə zidd olan yeganə realist yoldur. Gözləmək olar ki, digər ölkələr, xüsusilə avropalı qonşularımız bu yanaşmada öz mənfəətini görəcək və müttəfiqlərini də onu qəbul etməyə çağıracaq.
…İslam Respublikası Fars körfəzində regional dialoq forumuna çağırış edir. Çoxdan səsləndirilmiş bu təklif hələ də qüvvəsində qalır. Biz qonşularımızın Avropa və ondan da Qərbdə olan müttəfiqlərinə bu dəvəti təşviq edəcəkləri günü intizarla gözləyirik”.
Tərcümə: Strateq.az