8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ermənistan “Dağlıq Qarabağ” uğrunda müharibə aparmaq fikrində deyil.
Sozcu.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.
“Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar heç bir ambisiyası yoxdur və biz ümid edirik ki, demarkasiya prosesi vasitəsilə Ermənistanın ərazi bütövlüyü bərpa olunacaq.
Qeyd etmişik ki, Ermənistan hökuməti hazırda insanların yaşamadığı 4 Azərbaycan kəndində - Qızıhacılı, Xeyrimli, Aşağı Əskipara, Bağanıs-Ayrımda insanların yaşaması üçün şərait yaratmağa hazırdır.
Eyni proses nəticəsində Ermənistanın Bağanis, Voskepar, Kirants, Berkaber kəndlərində insanların öz evlərində sakit həyat şəraiti yaradılmalıdır”.
"Biz təhlükəsizlik risklərinin azaldılması baxımından son dərəcə vacib olan sərhədin delimitasiyası prosesinin praktiki mərhələsinə qədəm qoyduq", - Nikol Paşinyan əlavə edib.
Onun fikrincə, Ermənistanla Azərbaycan arasında yeni sərhədlər çəkilməməlidir, lakin SSRİ-nin dağıldığı dövrdə mövcud olan və de-yure hüquqi əsası olan sərhədlər bərpa olunmalıdır.
yenisabah.az