8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu gün biz həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik, Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycanda rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etdi. Azərbaycanla Qırğızıstan arasında münasibətlər həm də tarixi yaxınlıqla bağlıdır. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun 2024-cü ilin 24-25 aprel tarixlərində Azərbaycana reallaşan dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə və yeni inkişaf müstəvisinə qədəm qoyduğundan xəbər verir. Bu səfərlə mədəniyyət, tarix və ortaq dəyərlər baxımdan iki yaxın ölkənin əməkdaşlığının genişləndirilməsində doğrudan da yeni səhifə açılıb. Bu barədə Bakı və Bişkek münasibətlərinin inkişafında baş verən son hadisələri təhlil edərkən konkret fikir söyləmək olar.Səfərin gündəliyi kifayət qədər zəngin idi və bir sıra səmərəli nəticələrin əldə edilməsini təmin etdi. İlk növbədə Dövlətlərarası Şuranın ikinci iclasının uğurla keçirildi. Tərəflər arasında imzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək. Qırğızıstan və Azərbaycan münasibətlərinin aktivləşməsi görünür ki, bütün istiqamətlərdə uzunmüddətli və səmərəli xarakter daşıyacaq və iki ölkənin inkişafının maraqlarına xidmət edəcək. Əslində həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsində öz fəallıqları ilə seçilirlər.Azərbaycan və Qırğızıstan münasibətlərində qarşılıqlı maraq doğuran sahələrdən biri energetika və nəqliyyat sahələridir. Bu sahədə böyük potensial və Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlı olması da yeni əməkdaşlıq üfüqləri formalaşdırır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Azərbaycan və Qırğızıstanın əməkdaşlığının iqtisadi sahədə zənginləşməsinin birgə potensialımızın daha da artırılmasına fayda verəcəyini proqnozlaşdırmaq realdır. Bu möhkəm təməllər üzərində qurulmuş perspektivli münasibətlər türk dünyasının bir-birinə inteqrasiyasına böyük töhfə verəcək. Südabə AbdullayevaSuraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info