8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vətən müharibəsində Ermənistan üzərində qazanılan tarixi qələbədən və 2023-cü ildə yenilməz ordumuzun Qarabağda apardığı lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağı tərk etməsi, Qazaxın 4 kəndinin bir güllə atılmadan işğaldan azad olunması Azərbaycanın dünya birliyindəki nüfuzunu daha da artırıb. Məhz bu baxımdan Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərindəki çıxışları böyük maraqla qarşılanır. Prezident İlham Əliyevin bu günlərdə reallaşan Almaniyaya işgüzar səfəri və bu ölkənin paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı, həmçinin tədbirdəki çıxışı beynəlxalq aləmdə diqqətlə izlənilib. Mötəbər toplantıda Azərbaycanın bu gün nəyə sahib və qadir olduğunu diqqətə çatdıran İlham Əliyev əldə edilənləri yetərincə dəyərləndirdi və mövcud potensialdan necə istifadə ediləcəyinin istiqamətlərini göstərdi. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib, bu istiqamətdə əməli addımlar da atıb. Çünki Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və vəziyyəti düzgün qiymətləndirərək reallığa uyğun qərarlar qəbul edir. Digər tərəfdən, Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı, sülhün bərqərar olmasının əsas dəstəkçilərindən biridir.Tarixinin ən qüdrətli Azərbaycanının mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan ölkədir. Bununla yanaşı, müstəqil Azərbaycan həm qüdrətli, həm də dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Bütün bu uğurların yeganə səbəbi isə əlbəttə ki, ölkə lideri İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir. Cənab Prezident İlham Əliyevin özünündə dediyi kimi, ölkəmiz mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil.
Elbrus Xəlilov
Suraxanı rayonu Hösan bələdiyyəsinin sədri
Sozcu.info