8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, prezident Ərdoğan Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb.
“Türkiyə” qəzetinin yazdığına görə, daha əvvəl Ankara Təhlükəsizlik Müdirliyindən bir neçə əməkdaş işdən çıxarılıb. Onlar “Ayxan Bora Kaplan” cinayət təşkilatı ilə əlaqədə olmaqda ittiham olunublar. Rəqəmsal materialları ələ keçirmək ittihamı ilə işdən qovulan polis məmurlarının evlərində axtarış aparılıb.
Prezidentin müttəfiqi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdəki fraksiya iclasında bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün sui-qəsdin olduğunu göstərə bilər. Bununla əlaqədar olaraq, Baxçalı əməliyyatları yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə məhdudlaşmamağa çağırıb.
Nəşrin məlumatına görə, Baxçalının açıqlamalarından sonra Ərdoğan prezident iqamətgahında ölkənin ədliyyə naziri Yılmaz Tunc və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla təcili gecə görüşüb.Əlavə məlumat verəcəyik.