8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Project Syndicate”
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan son siyasi məqsədinə – ölkədə ilk dəfə xalq tərəfindən seçilmiş ali icra hakimiyyətinin başçısı olmaya yetişib. İyunun 24-də keçirilən seçkidə o, səslərin təxminən 53 faizini alıb. Bir il əvvəl isə Ərdoğan Türkiyənin parlament demokratiyasını yüksək dərəcədə mərkəzləşdirilmiş prezident sisteminə çevirmək üçün konstitusiya dəyişikliklərini həyata keçirib. İndi bu dəyişikliklər tam şəkildə qüvvəyə minəcək.
Konstitusiya dəyişiklikləri Ərdoğana vitse-prezidentləri, nazirləri və üst səviyyəli rəsmiləri təyin etmə üçün yeni səlahiyyətlərlə təmin edir. Onlar, həmçinin prezidentə parlamenti buraxmaq, siyasi partiyanın üzvü olma, hakimlərin yüksək məhkəmələrə təyin edilməsi, qanun qüvvəli fərman vermə və fövqəladə vəziyyət tətbiq etməyə imkan verəcək.
Ötən ilin aprel ayındakı referendumla təsdiqlənmiş konstitusiya dəyişiklikləri ilə baş nazir vəzifəsi də ləğv edilib. Önümüzdəki beş il ərzində Ərdoğan Türkiyənin dövlət başçısı, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri və hökumət başçısı olacaq.
Ərdoğanın mövqeyi təhlükəsizdir, çünki erkən prezident seçkiləri üçdə iki səs çoxluğu tələb edir – AKP-nin əksəriyyətdə olduğu parlamentdə qeyri-mümkün ssenari.
Beləliklə, İkinci Dünya müharibəsindən sonrakı dövrdə o, Türkiyənin ən güclü lideri olub. Türkiyənin daxili və xarici siyasəti indi bir adam tərəfindən təyin ediləcək.
Bu, əlbəttə, liberal demokratiyanın əksidir, çünki onun əsas xüsusiyyəti – icra hakimiyyətini məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş bir sıra institusional çəkindirmə və balanslardır.
Yeni konstitusiya çərçivəsində prezidentə son dərəcə geniş səlahiyyətlərin verilməsi hökumətin populist baxışını əks etdirir. Buna görə də, seçilmiş liderin fəaliyyəti, milli iradənin təcəllisi kimi, yalnız beş ildən bir qiymətləndirilə bilər.
Referendumda konstitusiyanın yeni mətnini qəbul edərək, türk seçicilərinin əksəriyyəti bu populist siyasət anlayışına xeyir-dua vermiştək görünür. Ancaq iki əsas düşüncə Ərdoğanın təsirli yeni üstünlüklərdən istifadəsinə maneə törədir.
Birincisi, prezidentlik yarışında qələbə qazansa da, AKP parlamentdə tam əksəriyyəti itirib. 2015-ci ilin noyabr seçkilərinə nisbətən yeddi bal aşağı səs yığmış hakim partiya (42%) parlamentdə 600 yerdən 293-nü təmin edə bilib. Nəticədə, Ərdoğan qanunvericilik üçün ittifaq axtarmağa məcbur olacaq. Hətta yeni konstitusiya çərçivəsində Məclisin rolu azalmış olsa da, qanunvericilik orqanının nəzarəti dövlətin effektiv fəaliyyəti üçün vacibdir.
Ərdoğanın Məclisdəki təbii müttəfiqi, sağçı Milliyyətçi Hərəkət Partiyasıdır (MHP). İki partiya seçki ərəfəsində ittifaq qurub və Ərdoğanın MHP-yə 11%-lik "borcu var”. Lakin MHP ilə daha dərin, uzunmüddətli ittifaq Türkiyənin daxili siyasəti və beynəlxalq mövqeyinə ciddi təsir göstərəcək. Ərdoğanın siyasi manevrlərində çəkindirmələr yaradacaq.
"Evdə” MHP nizam və təhlükəsizlik deməkdir. Buna görə də, MHP ilə ittifaq, 2015-ci ildə AKP hökumətinin Türkiyə kürdlərinə yönəlmiş sülh təşəbbüsünə bənzər hər hansı açılmaya maneə törədir. Eyni zamanda, MHP fundamental azadlıqların gücləndirilməsinə yönəldilmiş hər hansı genişmiqyaslı demokratik islahatlar üçün təbii tərəfdaş ola bilməz.
Xarici siyasət cəbhəsində MHP-nin özünəməxsus avroskeptik mövqeyi Qərbdəki tərəfdaşları ilə əlaqələrini bərpa etmək üçün Türkiyənin diplomatik fəzasını daha da məhdudlaşdırır. Kampaniya zamanı MHP rəhbərliyi hətta Türkiyəni Avropa İttifaqına daxil olma təklifini geri çəkməyə çağırıb.
Türkiyənin iqtisadi zəiflikləri Ərdoğanın səlahiyyətinə ikinci və eyni dərəcədə əhəmiyyətli bir zərbə vurur. Rusiya və Braziliya kimi əmtəə bazalı iqtisadiyyatlardan fərqli olaraq, Türkiyə xarici sərmayəyə bağlıdır. O, 250 milyard dollar civarında illik xarici borc tələbini maliyyələşdirmək üçün beynəlxalq kapital bazarlarının qapısını döyərək, böyüməsini artırır. Bu əhəmiyyətli çatışmazlıq investisiya və qənaət arasındakı xroniki bir boşluğun və son nəticədə AKP hökumətlərinin ümumi məhsuldarlığı və Türkiyənin beynəlxalq rəqabət qabiliyyətini artırmaq üçün struktur islahatları apara bilməməsi ilə yaranır.
Son illərdə böyümənin üstünlüyü bu çətinlikləri daha da artırıb. Ötən il Türkiyənin böyümə səviyyəsi 7% idi – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çərçivəsində ən yüksək səviyyə. Ancaq Ərdoğanın genişlənmə siyasəti ölkənin struktur qeyri-bərabərliyini artırıb, inflyasiya iki rəqəmliyə, nominal faiz dərəcələri 16%-ə çatıb, cari hesab defisiti isə milli gəlirin 6%-ni aşıb.
Buna görə də, Ərdoğanın Türkiyənin ali icra başçısı kimi çıxış etməsi MHP-nin əsas prioritetlərini təmin edən və iqtisadi israfçılığın mənfi nəticələrinə cavab verən trayektoriya planlaşdırma qabiliyyətindən asılı olacaq. Hər iki məhdudiyyət vaxt keçdikcə güclənəcək, MHP isə əksinə, zəifləyəcək, iqtisadiyyata gəlincə, potensial olaraq çəkindirici tənzimləməyə ehtiyac duyacaq.
Ərdoğanın gələcək dövründə isə sual hər halda yerində sayacaq: bu praktik və buna görə də efemer məhdudiyyətlər konsolidasiya edilmiş demokratik sistemin möhkəm təminatına minimal veksel kimi xidmət edə bilərmi?
Tərcümə: Strateq.az