8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İranda prezident seçkiləri keçirilirBu gün Tehran vaxtı ilə 08.00-da (Bakı vaxtı ilə 08.30-da) İranda prezident seçkilərində səs verilməsi üçün seçki məntəqələri açılıb.TASS informasiya agentliyinin məlumatına görə, ölkənin daxili işlər naziri Əhməd Vahidi bu seçkilərdə təhlükəsizlik məsələsinə böyük diqqət yetirildiyini qeyd edib. İranın növbədənkənar 14-cü dövr prezident seçkiləri axşam saat 18.00-a qədər davam edəcək. Ölkədə 61 milyon 452 min 321 nəfər seçici var. Dövlət başçısı seçkilərində iştirak edən altı namizəddən ikisi namizədliyini geri götürüb. Bu seçkidə namizədlərdən heç biri lazımi miqdarda səs toplaya bilməsə, ən çox səs toplayan iki namizədin iştirakı ilə iyulun 5-də seçkilərin ikinci turu keçiriləcək.