8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qədim Yunanıstanda ilk dəfə e.ə 776-cı ildə Zevsin şərəfinə yarışlar keçirilməyə başladı. Sonradan bu yarışlar ənənə şəklini almağa başladı. Bütöv Roma İmperiyasının sonuncu imperatoru Feodosi Olimpiya oyunlarını qadağan edir. Olimpiya oyunları bir də 1896-cı ildə bərpa edilir. Azərbaycan idmançıları Olimpiya oyunlarında 1952-ci ildən 1992-ci ilə kimi ölkəmizi SSRİ yığmasının tərkibində təmsil ediblər. Azərbaycan ilk dəfə 1996-cı ildə müstəqil dövlət kimi Olimpiya oyunlarına idmançı göndərib.Olimpiya oyunları elə bir sahədir ki, orada insanın imkan və kamilliyinin sonsuzluğu sübut olunur. Müasir Olimpiya Oyunlarını başqa yarışlardan fərqləndirən ən ümdə cəhət onun idman, ictimai-siyasi, iqtisadi və mədəni fenomenləri özündə birləşdirmək keyfiyyətidir. Oyunlar hər hansı bir ölkədə keçirilməsindən asılı olaraq həmin ölkənin özünəməxsusluğu və koloriti prinsipinə əsaslanır.Sonuncu Olimpiya oyunları 2024-cü ilin iyulun 26-da başlamış, avqustun 11-nə qədər davam etmişdi. Yarışda 200-dən çox ölkədən atletlər 329 medal uğrunda mübarizə aparmış, onlar 32 idman növü üzrə yarışmışlar.Azərbaycan millisi bu yarışda 48 idmançı ilə təmsil olunmuşdur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış etmiş, Azərbaycan bu oyunlarda 2 qızıl, 2 gümüş, 3 bürünc medal qazanaraq 30-cu yerdə qərarlaşmışdı. Ölkəyə qızıl medalları cüdo yarışlarının iştirakçıları gətirib: Hidayət Heydərovla (73 kiloqram) Zelim Kotsoyev (100 kiloqram) qızıl medal qazanıblar. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etmişdir. Dövlət başçısı qazandıqları gözəl qələbə münasibətilə idmançıları təbrik etmiş, Azərbaycanı ləyaqətlə təmsil etdiklərinə, Azərbaycan bayrağını ucaltdıqlarına görə, xalqımızı sevindirdiklərinə görə onlara təşəkkür etmişdir. Cənab Prezident qeyd etmişdir ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verən ölkə başçısı bildimişdir ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.Dövlət başçısı Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.
Gülnarə Hənifəyeva
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info