8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan gəncliyi həmişə dövlət qayğısı ilə himayə olunmuşdu. Buna misal olaraq dövlətimizin idman sahəsinə olan diqqətini göstərmək olar. Dövlətimizin idman siyasəti gənclərimizə şamil olunduğu kimi həm də onun qlobal dünyada sözünü deyə biləcəyi əvəzsiz məkandır. Çünki heç bir fərq qoyulmadan dünyanın bütün ölkələrinin iştirakı ilə keçirilən beynəlxalq yarışlar, olimpiya oyunları ən mötəbər tədbirlər hesab olunur. Bu oyunlarında göstərilən nəticələr dövlətin yalnız idman həyatının deyil, həm də onun iqtisadi gücünün, ictimai, sosial-mədəni həyatının uğuru deməkdir. İdman oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq aləmdə ölkənin adını tanıtmaqla yanaşı, imkanlarını da nümayiş etdirir. Beynəlxalq idman yarışlarından ən möhtəşəmi təbii ki, olimpiya oyunlarıdır. Qədim tarixə malik olan Olimpiya oyunları dünya xalqlarının və ölkələrinin müasir dünyada tanınması, təbliğ olunması baxımından əvəzsiz rol oynayır. Bu yarışlar ümumbəşəri dəyərlərə bağlılıq, milli maraqların, eyni zamanda xalqlar arasında bərabərliyin və dostluğun qorunması, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirilməsi, əmin-amanlıq, sülh deməkdir. Bu oyunlar bütün dünyada ən populyar yarışlardır. Həmin yarışlar çərçivəsində milyonlarla insan bir yerə toplaşır. Bu mənada onlar getdikcə daha böyük ictimai-siyasi anlam kəsb edir.
Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın beynəlxalq olimpiya hərəkatında müstəqil və daha yaxından iştirakı üçün geniş imkanlar yarandı. Həmin dövrdə Milli Olimpiya Komitəsi qarşısında dayanan əsas vəzifələri həyata keçirilmək üçün ciddi addımlar atmalı, aparıcı rol oynamalı idi. Lakin 1997-ci ilədək bu istiqamətdə qeyd olunmalı işlər olduqca az idi və demək olar ki, nəzərə çarpmırdı. Həmin dövr üçün qeyd olunmalı ən mühüm hadisə yalnız 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə olimpiya oyunlarına qatılması idi. Atlanta Olimpiya Oyunlarına hazırlıq işlərinin həyata keçirilməsinə də yalnız dövlət strukturları cəlb olunmuşdu. 1996-cı ildə Atlantada qazanılmış bir gümüş medal o dövrdə ölkəmiz üçün uğurlu nəticə olsa da, yetərli deyildi.
Azərbaycan idmansevərləri və idmançıları olimpiya oyunlarında təkcə iştirak etməklə qane olmaq istəmirdilər. Hamı başa düşürdü ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmasında MOK daha çox işlər görə bilər və görməlidir. Ona görə də Azərbaycanda idman və olimpiya hərəkatı sahəsində MOK-un fəaliyyətində əsaslı dönüş yaratmaq tələb olunurdu.1997-ildən Azərbaycanda olimpiya hərəkatı yeni mərhələyə qədəm qoydu. Belə ki, 1997-ci ildə MOK-un İcraiyyə Komtəsinin Yekdil səsvermə nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un prezidenti seçildi. Beləliklə, cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq olimpiya hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə qlobal işlər görüldü. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci ildə "Bədən tərbiyəsi və idman haqqında" qanun qəbul etdi. Bu qanun idmanın inkişaf etdirilməsinin hüquqi əsaslarını müəyyənləşdirdi, dövlətin idman siyasətinin göstəricilərindən birinə çevrildi. 1997-ci ildə İlham Əliyevin MOK prezidenti seçilməsindən sonra bu qurumun fəaliyyətindəki canlanma həm də maddi-texniki bazanın gücləndirilməsi ilə müşayiət olundu. Ölkədə idmanın sürətli inkişafı və onun gələcək imkanlarını genişləndirmək məqsədilə mövcud maddi-texniki bazanın möhkəmləndirilməsinin əsası qoyuldu. 1997-ci ildə MOK-un özünə məxsus heç bir idman qurğusu yox idi. Komitə 1999-cu ildən obyektlərinin tikintisinə başladı və 2000-ci ilin oktyabrında Bakıda ilk olimpiya kompleksinin açılış mərasimi oldu. 2001-ci ilin martında MOK-un inzibati binası istifadəyə verildi, dekabrda isə Maştağa qəsəbəsində daha bir Olimpiya İdman Mərkəzi öz qapılarını idmansevərlərin üzünə açdı.
Paytaxtdan başlayan bu quruculuq tədricən bölgələrə doğru istiqamətləndi. Bölgələrdə olimpiya idman komplekslərinin tikilib istismara verilməsi çox önəmli rol oyanyır. Birincisi, həmin bölgələrin inkişafı, ikincisi, Azərbaycanda idman hərəkatının tərəqqisi üçün. Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 40-dan çox olimpiya idman kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. İndi, demək olar ki, respublikamızın bütün bölgələrində olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında müxtəlif idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var. Bütün bunlar Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafına təkan verir.Nəticədə Azərbaycan ilk Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, Formula 1 üzrə Qran prilərin, Avropa Yay Gənclər Olimipya Festivalının ünvanı oldu. Turnirlər ən yüksək standratlara cavab verən səviyyədə keçirildi, Azərbaycan yeni standartlar müəyyənləşdirdi və bütün dünyaya göstərdi ki, sülhün və sabitliyin hökm sürdüyü müstəqil, heç bir ölkədən asılı olmayan ölkəmiz bela yarışlara ev sahibliyi etmək gücünə malikdir.
Bu yarışlarda xalqımızın mübarizliyi ön plana çıxdı, dünya idman ictimaiyyəti həmçinin prezident İlham Əliyevin rəhbərliyi ilə irqindən, dinindən asılı olayaraq insanlarlın ölkəmizdə azad yaşamaq hüququnun qorunduğunun bir daha şahidi oldu. Prezident İlham Əliyev güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafına toplayaraq müstəqil və güclü Azərbaycan uğrunda çalışır. Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz illərdir işğal altında olan topraqlarımızı düşməndən azad etdi, Azərbaycanın ərazi bötövlüyünü təmin edildi. Dövlət başçısının qeyd etdiyi kimi, həmin ərazilərimiz, şəhər və kəndlərimiz yenindən qurulacaq, Qarabağ toprağında həyat canlanacaq. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə geniş idman infrastrukturu yaradılacaq yeni idman kompleksləri tikiləcək. Qarabağımızda beynəlxalq idman yarışları təşkil olunacaq. “Böyük Qayıdış”ın tərkib hissəsi olaraq, bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışında qeyd etdiyi kimi Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir eyni zamanda Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdır. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir. Əlbəttə bütün bunlar cox qürurverici hadisələrdi. Bizdə, Azərbaycan xalqı olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bu “ZəfərYolu”nda birliyimizi həmişə nümayiş etdirəcəyik!Məcid RəsulovSuraxanı rayonu 140 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info