Azər Allahverənov yeni vəzifəyə seçildi
Gürcüstanla Türkiyə arasında əməkdaşlıq gücləndiriləcək
“Qarabağ" “Napoli”yə qarşı:
Bu fakt rəqibə stimuldur
Benzin və dizel bahalaşacaq? –
AÇIQLAMA
Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanıldı
Prezident yeni fərman İMZALADI
Tofiq İsmayılovun oğluna 8 il iş verildi
Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi
NATO Gürcüstanda baş verənlərdən narahatdır
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən çıxarıldı
Yeni icra başçısı onu işdən çıxardı
Əvvəlki
Sonrakı
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Bu gün, 15:01
Qəzaya düşən təyyarədəki hərbçilərin sayı bilindi
11-11-2025, 20:04
Saxlanılan icra başçısının köməkçisi DANIŞDI
31-10-2025, 14:12
Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən “dəyər”
- Azərbaycanın ideoloji sərhədi xarici təsirlərdən azad olmalıdır
30-10-2025, 23:05
İcra başçısı ilə yanaşı onlar da HƏBS EDİLDİ
30-10-2025, 16:39
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycan gəncləri idmandan niyə uzaqlaşır?
Gənclərin mənəvi - fiziki inkişafı ilə bağlı bu günə qədər bir sıra sənədlər qəbul edilib. Həmin sənədlərdən biri 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramıdır. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı.
2007-ci ilin “Gənclər ili” elan edilməsi də Prezident İlham Əliyevin bu sahəyə olan diqqətinin göstəricisi oldu. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi" barədə Sərəncam imzaladı. Proqram çərçivəsində 5 mindən artıq gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi ilə bağlı tədbirlər texnoloji inkişaf, innovativ düşüncə əsrində Azərbaycanın inamlı gələcəyinə verilən ən böyük töhfələrdən oldu.
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də inkşaf etdirmək üçün Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzaladı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, idman, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu.
Bir sözlə, gənclərin mənəvi, eyni zamanda fiziki inkşafı üçün çox addımlar atılıb. Çünki ölkəmizin, cəmiyyətimizin gələcəyi indiki uşaqlardan və gənclərdən asılıdır. Hər bir uşaq, gənc gələcək üçün ümiddir.
Sağlam gələcəyimiz üçün, sağlam gənclər yetişməlidir
Milli Məclisin deputatı, idmançı Vüqar İskəndərov Sozcu.info-a idman və kütləvi bədən tərbiyəsinin bir neçə yerə bölündüyünü bildirib:
“İnsanlar ciddi formada hansısa idman növü ilə məşğul olur, sonra həmin idman növündən nəticə əldə edib, peşəkarlaşırlar. Növbəti mərhələdə beynəlxalq yarışlara hazırlaşırlar, Avropa, dünya, olimpiya çempionatlarına qatılıb, ölkəmizi təmsil edirlər. Bunlar bir-birindən fərqlidir. Nəyə görə?
Çünki bəzi insanlar sırf öz sağlamlığı üçün idmanla məşğul olur, sağlam yaşamaq istəyir. Təbii ki, burada idmanın rolu çox böyükdür.
Bəzi insanlar isə uşaqlıqdan hər hansı idman növü ilə məşğul olmağa başlayır, daha da inkşaf edib beynəlxalq yarışlara qatılıb, ölkəmizi təmsil edir.
Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Biz dünyada dövlətçilik ənənələri böyük olan, idman ənənləri çox olan, inkşaf etmiş ölkələrlə eyni sıradayıq. Hətta bir çox sahələrdə onları keçmişik. Olimpiya, avropa, dünya çempionatlarında idmançılarımız ölkəmizi layiqincə təmsil ediblər.
Cənab prezident İlham Əliyevin də Milli Olimpiya Komitəsinin prezidenti kimi idmana dəstəyini görürük. Çox az ölkə rəhbəri var ki, olimpiya hərəkatına rəhbərlik edir. Prezidentin idmana, kütləvi bədən tərbiyəsinə, gənclərin fiziki sağlamlığına diqqəti və qayğısı göz önündədir.
İdman sahəsində gənclər idman nazirliyi mövcuddur, yeni nazir təyin olunub. Artıq görürük ki, idman federasiyalarında konfranslar keçirilir, nazir orada iştirak edir, Bakıda yerləşən böyük federasiyaların məşq toplanışlarına qatılır. Hazırda yeni federasiya prezidentləri seçilir.
Lakin qısa vaxt ərzində böyük nəticələr əldə etmək olmur. Biz hansısa idman növündə tez nəticə əldə etmək istəyiriksə, burada uzun müddətli məşq prosesləri, təlimlər, texniki və fiziki tərəflər olmalıdır, yüksək səviyyəli müəllimlərin, məşqçilərin rolu böyükdür, düzgün seçim olmalıdır. Ölkədaxili yarışlar keçirilməlidir. Bunların hər biri seçimdir, seleksiyadır. Prespektivli idmançılar seçilərək yığma komandalara cəlb olunmalı və beynəlxalq yarışlarda ölkəmizi təmsil etməlidirlər.
Ümumilli liderimizin bir sözü var: “İdman qədər ölkə atributlarını tanıdan ikinci vasitə tanımıram”. Bir ölkəni tanıtmaq, onun inkşafını göstərmək üçün idman çox mühüm vasitədir. Ölkəmizdə bu sahədə inkşaf var, olub və olacaq. Çünki artıq ənənə formalaşıb”.
Uşaqların kiçik yaşdan idmana yönləndirilməsi valideynlərdən asılıdır
“Uşaqların kiçik yaşdan idmana yönləndirilməsində valideynlərin böyük rolu var. Yəni onlar hiss etməlidilər ki, uşaqlarında hansı idman növünə qarşı həvəs var. Övladlarını həvəsi olan sahəyə, məşqlərə yönləndirməlidirlər. Bunun üçün ölkəmizdə bütün şəraitlər var. Ölkənin hər yerində böyük olimpiya idman kompleksləri, sarayları var. Federasiya və klubların yerli nümayəndəlikləri mövcuddur. Yalnız Bakı şəhəri ilə məhdudlaşmır. Ölkənin digər şəhər və rayonlarında da kütləvi bədən tərbiyəsi və konkret idman növlərini inkşaf etdirmək üçün şərait yaradılıb. Hər il onların maddi texniki bazasının gücləndirilməsi üçün dövlətimiz də, federasiyalar da gərgin çalışırlar.
Gələcək nəslimizin sağlam olması üçün idmanın, kütləvi bədən tərbiyəsinin çox böyük önəmi var
“İdman özündə tərbiyəvi cəhətləri ehtiva edir. Məsələn bir insanın kamilləşdirilməsi üçün Şərq döyüş növləri çox vacibdir. Çünki orada fəlsəfə var. Olsun Yapon döyüş növləri, Çin, Koreya və digərləri. Hər birində fəlsəfi anlam var. Şərq idman növü ilə məşğul olan idmançılar, döyüşlə məşğul olsalar da onu küçədə, bir insanın üzərində tətbiq etmək istəmirlər.
Uşaq kiçik yaşdan hiss etdirir ki, o komanda idman növlərinə daha çox meyillidir, yoxsa tək mübariz idman növlərinə. Elə uşaqlar var iki yaşından hiss edirsən ki, şahmata həvəslidir, yaxşı nəticə verə bilər və ya güləşçi, fubolçu ola bilər. Fiziki xarakterdən çox şey asılıdır.
Burada əsas məsələ düzgün idman növünün və düzgün məşqçinin seçilməsidir. Zədə məsələləridə var, diqqətli olmaq lazımdır. Uşaqlar yüksək səviyyəli məşqçilərin nəzarətində olmalıdır ki, onların həm fiziki sağlamlıqları, həm mənəvi durumları nəzarətdə olsun.
İdman həqiqətən də insanın həyatında böyük rol oynayır. Bir insanın həm fiziki, həm də ruhu sağlam yetişsə, bu gələcək genofondumuz deməkdir. Gənc nəsilin daha çox idman sahəsinə marağı olur.
Son illər dünyada ağır idman növlərinə axında biraz zəifləmə var. Lakin bu o demək deyil ki, bu idman növlərinə yazılmırlar, sadəcə bütün dünyada biraz daha yüngül idman növləri ilə məşğul olmağa meyillər hiss olunur.
Ümumi götürsək gələcək nəslimizin sağlam olması üçün idmanın, kütləvi bədən tərbiyəsinin çox böyük önəmi var. Biz istəyərdik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz kiçik yaşlarından idmanla məşğul olsunlar, sağlam olsunlar, Onların hər biri Azərbaycanın gələcəyidir”.
Azərbaycan Yunan-Roma güləşçisi, Dünya və Avropa çempionu Rafiq Hüseynov son dövlər Azərbaycanda idman sahəsinin eniş dövrü yaşadığını söyləyib:
“Son dövrlər Azərbaycanda idman eniş dövrünü yaşayırdı. Lakin dövlət rəhbərliyi səviyyəsində idmana yenidən yüksək səviyyədə diqqət ayrılmağa başlamdı. Buna sübut olaraq yeni gənc nazirimizin təyin olunmasını göstərə bilərik. Eyni zamanda federasiya rəhbərlərinin yenidən təyin olunması da sübut edir ki, idmana qayğı var. İdmanın inkşafı üçün görülən işlər çox saydadır. Bu işlər öz faydasını verəcək. 2024-cü il Yay Olimpiya oyunlarında idmançılarımız yenidən 10 və daha çox medal qazanacaqlar.
Gənclərimizi yenidən idman sahəsinə cəlb etmək üçün zallar bərpa olunmalıdır
“Son dövrlər bəzi idman zalları bağlanmışdı. Bu da gəncləri bir növ həvəsdən saldı. Düşünürəm ki, ən vacib amil məktəblərdə idman dərslərinin layiqincə keçirilməsidir. Eyni zamanda klublarda öz işlərini tam görməlidirlər. Mükafat və maaş verən orqanlar klublardır. Olimpiya idman komplekslərinin bərpası və təmiri üçündə dövlət tərəfindən vəsait ayrılıb. Bu dəyişikliklərdən sonra gənclər yenidən idman sahəsinə cəlb oluna bilər”.
Bəzi məktəblərdə idman təmayüllü siniflər yaradılmalıdır
“Gənclərin fiziki cəhətdən sağlam olması üçün hər yaş qrupunun ayrıca idman növü var. Ən vacib isə olimpiya idman növləridir. Çünki dünyada prestijli idman növü sayılır.
Məktəbdə idman dərsləri yüksək səviyyədə keçirilməli, eyni zamanda bəzi məktəblərdə idman təmayüllü siniflər olmalıdır ki, gənclərin və yığma komandaların gələcəkdə prespektivli idmançılar aşkara çıxarmasına böyük təkan versin. Gənclər yaş qrupuna bölünürsə, aşağı yaş qruplarda yaxşı olar ki, üzgüçülük, atletika və gimnastika ilə məşğul olsunlar. Çünki bu idmanlar digər idman növlərinin özəyidir.
Biz idmançılar arasında belə bir söz var “mənşəyi məlum olan idmanlar”, yəni bilinən və tanınan idman növləri. Bunlar da olimpiya idman növləridir və gənclər bu sahəyə üstünlük verməlidir. Çünki gələcəyimiz olimpiya idman növlərindədir. Biz idmançıları kimisə döymək üçün yox, ölkəmizi xaricdə layiqincə təmsil etmək üçün yetişdiririk. Bizim düşmənlərimizə qarşı sağlam gənclərimiz durmalıdır. Sağlam gələcək üçün sağlam gənc, sağlam gənc üçün də doğru iş aparılmalıdır. Doğru iş aparıldıqdan sonra gənclərimiz həm sağlam olar, həm də prespektivli idman növlərində inkişaf olar. Qazanılan medalların sayı da artar”.
Mehri QURBAN
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” istiqaməti üzrə hazırlanmışdır.
Oxşar Xəbərlər
İlham Əliyevdən gənclərin xaricdə təhsili ilə bağlı SƏRƏNCAM
“MEDİA könüllüləri” proqramı başlayır
Azərbaycanın iqtisadiyyat nazirinə I müavin təyin edilib
"AZƏRSIĞORTA"YA YENİ SƏDR TƏYİN EDİLDİ - Sərəncam
Xəbər lenti
Azər Allahverənov yeni vəzifəyə seçildi
Gürcüstanla Türkiyə arasında əməkdaşlıq gücləndiriləcək
“Qarabağ" “Napoli”yə qarşı:
Bu fakt rəqibə stimuldur
Benzin və dizel bahalaşacaq? –
AÇIQLAMA
Almaniyanın ölkəmizdəki səfiri "Veysəloğlu"nun Mərkəz ofisində "Rossmann"ı ziyarət etdi
Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanıldı
Prezident yeni fərman İMZALADI
Tofiq İsmayılovun oğluna 8 il iş verildi
Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi
NATO Gürcüstanda baş verənlərdən narahatdır
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb
Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən çıxarıldı
Yeni icra başçısı onu işdən çıxardı
Mehriban Xanlarova adaşına görə işdən çıxır?
Putin Bişkekə gedəcək, Paşinyan isə getməyəcək
Dünənki partlayışda xəsarət alanların son vəziyyəti açıqlandı
Həkim prokurorluğa yalan məlumat veribmiş -
TƏFƏRRÜAT
Nərimanovda ev yandı - Xəsarət alanlar var -
VİDEO
Azərbaycanda kişi sanatoriyada öldü
Zəfər: Vətən Müharibəsində Kəlbəcərin Azad Edilməsi və Siyasətin Uğuru
İşğalın Ağrıları və Vandalizm: Kəlbəcər Qurbanları və Beynəlxalq Hərəkatlar
Əbədi Yurdumuz Kəlbəcər: Tarixi Əhəmiyyəti və Toponiminin Sirri
Kəlbəcər: Tarixi Qayıdış və Yeni Dirçəliş Dövrü
Kremldən Ərdoğanla bağlı açıqlama
Yasamalda üç nəfərin öldüyü yanğınla bağlı klinikanın direktoru həbs olunub -
RƏSMİ
Prezident Azərbaycanla Türkiyə arasında statistika sahəsində anlaşma memorandumunu təsdiqlədi
Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin sayı açıqlanıb
Şəhidlər binasında Əli Həsənova ev verilib
İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil -
Detallar açıqlandı
"Azəriqaz"dan "AFEN Plaza"dakı partlayışla bağlı açıqlama
Noyabrın 24-ü ilə bağlı bu şəxslərə
ŞAD XƏBƏR
Bakıda və Abşeronda 4 gün su olmayacaq
İŞSİZLƏRƏ 28 MİLYON MANAT ÖDƏNİLƏCƏK –
Kimlər ala biləcək?
Uşaqlarınız bu özəl bağçalara pulsuz gedə bilər -
NAZİRLİK AÇIQLADI
Partiya sədri Samirə Əfəndini söydü və linç etməyə çağırdı
Prezident forum iştirakçılarına müraciət ünvanladı
Qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək
Müdafiə Nazirliyi əhaliyə çağırış etdi
Bakıda “AFEN Plaza”da partlayış -
VİDEO
Könül Vəlibəylinin qızı “Yeni Klinika”ya köçürüldü -
Vəziyyəti ağırdır
Keçmiş sevgilisinin dostu ilə eşq yaşayır
Lukaşenko onları əfv etdi
Bakıda daha bir çoxmərtəbəli binada YANĞIN -
Sakinlər təxliyə edildi
Avro ucuzlaşdı, dollar isə... -
RƏSMİ
Məktəblərdə KÜTLƏVİ zəhərlənmə:
50-dən ÇOX ŞAGİRD...-bu ölkədə
4 işçinin faciəli şəkildə öldüyü hotelin rəhbəri HƏBS OLUNDU
Əhməd Oruc vəfat etdi
Ramiz Mehdiyevin SƏHHƏTİ PİSLƏŞDİ
Sabiq prokuror psixiatrik xəstəxanada müalicə olunur
PRİZMA
Rəqsanə ev dustaqlığına buraxıldı
MÜSAHİBƏ
1
2
3
4
5
6
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏHLİL
Azər Məmmədov: “Ölkə Prezidentinin Hərbi paradda səsləndirdiyi fikirlər Azərbaycanın dövlətçilik fəlsəfəsinə dair dərin siyasi mesajlar daşıyırdı”
SOSİAL
1
2
3
4
5
6
Almaniyanın ölkəmizdəki səfiri "Veysəloğlu"nun Mərkəz ofisində "Rossmann"ı ziyarət etdi
İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil -
Detallar açıqlandı
Noyabrın 24-ü ilə bağlı bu şəxslərə
ŞAD XƏBƏR
Bakıda və Abşeronda 4 gün su olmayacaq
İŞSİZLƏRƏ 28 MİLYON MANAT ÖDƏNİLƏCƏK –
Kimlər ala biləcək?
Qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək