8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şanlı Qələbəmizdən sonra ölkə başçısının rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılır. Tam yeni struktur yaradılır, sənaye və digər təyinatlı müəssisələr yaradılır, təhsil, səhiyyə və digər obyektlər açılır. 2023-cü il noyabrın 28-də Prezident İlham Əliyev "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılıb. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.
Sentyabr ayının 20-də ölkəmiz və xalqımız üçün çox əlamətdar olan gündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.
Düz bir il əvvəl sentyabr ayının 19-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Qəhrəman ordumuzun möhtəşəm zəfəri ilə yekunlaşan bu əməliyyatla bütün torpaqlarımız üzərində dövlətimizin suverenliyi təmin edildi. Bununla da möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik tariximizin növbəti şərəfli səhifəsi yazıldı. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir. Sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olun¬muşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir.
“Həqiqətən, Vətən müharibəsi göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. “Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar”, - deyən Prezident İlham Əliyevin növbəti fikirləri indiyədək keçilmiş yolun ağırlığını bir daha gözlər önündə canlandırır.
Bildiyiniz ki, işğal illərində dünyanın anti-Azərbaycançı, ermənipərəst dairələri düş-düyümüz durumla barışmaq üçün müxtəlif planlar işləyib hazırlayırdılar. Ancaq indinin özündə də müqəddəs zəfərimizi gözü götürməyənlər var. Onlar çalışırlar ki, Cənubi Qafqazda erməni avantürizmi saxlanılsın. Bu məqsədlə ölkəmizə qarşı müxtəlif təzyiq metodlarını işə salırlar. Prezident İlham Əliyev Qarabağ Universitetindəki çıxışı zamanı mövcud məqama da diqqət yetirib: “Özü də müxtəlif Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib. Yəni, bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir. Ölkə öz torpağını necə zəbt edə bilər?! Bizim müharibəmiz azadlıq müharibəsi idi. Yəni, bunu deyənlər, bizə qarşı ittihamlar irəli sürənlər də bunu yaxşı bilirlər. Sadəcə olaraq, ikili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir”.
Dövlətimizin başçısı bu fikirləri səsləndirməklə həm də sadaladığı mənfi təmayüllərə qarşı müqavimətin, immunitetin formalaşdırılmasının vacibliyini vurğulayır, həm də mövcud istiqamətdə vəzifələr müəyyənləşdirir. Ən böyük vəzifə isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsidir. Axı bizə zəfərimizi qazandıran məhz bu tərbiyə idi. Prezident İlham Əliyev bildirir. Bildirir və yada salır: “Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar. Ancaq yenə də bu Zəfəri təmin etmək üçün dayanmadılar. Hərbi hospitallara yerləşdirilmiş hərbçilərimizin bir çoxu həkimlərə müraciət edərək deyirdi ki, tezliklə məni sağaldın, ayağa qaldırın, yenə də gedim döyüşüm, belələrinin sayı çox idi. Yüngül yaralanmış hərbçilər müalicədən sonra yenə də könüllü olaraq döyüş bölgələrinə gedirdilər”.
Bəli, güclü olmaq, vətənpərvər amallara köklənmək son dərəcə vacibdir və bu köklənişdə tarix amili müstəsna əhəmiyyətə malikdir. Nəzərə alaq ki, tariximiz, eyni zamanda, ibrət mənbəyimizdir. Ona görə dövlətimizin başçısı keçmişdən söz açır. XX əsrin əvvəlində xalqımıza qarşı növbəti düşmənçilik addımlarının atıldğını, 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradıldığını, bu vilayətin tabeçiliyinin Sovet İttifaqının mərkəzinə bağlandığını, beləliklə, bölgəni Azərbaycandan ayırmaq üçün əsasın yaradıldığını bildirən Prezident İlham Əliyev, həmçinin Vətənimizi parçalamaq üçün “saat bombası” məntiqi ilə davranıldığını, kütləvi erməniləşmə siyasətinin aparıldığını diqqətə çatdırır: “Ancaq Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra burada bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı – Sərsəng, Suqovuşan su anbarları. Hansılar ki, ermənilər işğal dövründə bizi sudan da məhrum etmişdilər. Bir neçə müəssisə yaradıldı və bu müəssisələrdə çalışan azərbaycanlılar müxtəlif bölgələrdən, o cümlədən Qarabağ bölgəsindən gəldilər. Bütün bunlar davam edirdi”.
O da məlumdur ki, Ulu öndər 1987-ci ildə istefaya göndəriləndən dərhal sonra erməni millətçilərinin Qarabağ avantürası başladı. Sonra yaşananlar da hər kəsə yaxşı məlum-dur. Torpaqlarımızın işğalı fonunda daxildə baş verən hərc-mərcilik dövlətçiliyimiz üçün tənəzzül təhlükəsi yaşatmışdı ki, məhz belə bir məqamda Heydər Əliyev şəxsiyyətinin xalqın təkidli tələbi ilə ikinci dəfə ölkəmizdə rəhbərliyə gəlməsi mənfi meyilləri sıradan çıxardı və əvvəldə vurğuladığımız kimi, Qarabağ məsələsi milli dava halına gəldi. Hesab edirik ki, gənc nəsil bütün bunları unutmamalı və mövcud məqamları, o cümlədən dövlətçilik ideyasını özünün təhsil əzminin prioritetinə çevirməlidir. Qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin Qarabağ Universitetindəki çıxışı bu prioritetin təntənəli manifesti idi.
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Ənönəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyəbaşladılar. Ölkəmizin hər bir bölgəsindən ümumilikdə 1200 tələbə var. 600-dən çox bal toplayan tələbələr görüşdə iştirakedirlər və buraya böyük həvəslə gəlmişlər. Dövlətimizin başçısıgənclərin qarşısında bu vəzifəni qoydu ki, "yaxşı oxuyun ki, hərzaman Azərbaycan Zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasimüstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!"
Seyid Seyidov
Suraxanı RİHB-nın Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini sozcu.info