Baş Prokuror:“Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfər axtarışdadır"

Baş Prokuror:“Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfər axtarışdadır"

 

"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxlərin tam dairəsi müəyyən edilib. Bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib”.

"Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib. Onun sözlərinə görə, axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib: "Bəzi cinayətkarların da yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib. Bu məsələdə heç kim məsuliyyətdən kənardan qalmayacaq. Hesab edirik ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacaq".

Xatırladaq ki, avqustun 17-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncədə törədilən terror aktı və kütləvi iğtişaşlarla bağlı birgə məlumat yayıb. Məlumatda deyilirdi ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti