Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib

Laçın şəhərinin 2025 - ci il MDB - nin mədəniyyət paytaxtı elan edilməsi qürur doğuran növbəti məqamlardan biridir. Ümumiyyətlə, oktyabrın 8 - də Moskvada Müstəqil Dövlətlər Birliyi   ( MDB) Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan məsələlər, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir çox tərəflər ilə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.  Laçının MDB - nin  mədəniyyət paytaxtı  elan  edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Azərbaycanın qədim şəhərlərindən olan Laçın 30 il erməni işğalında olub, şəhər dağıdılıb, mədəni və tarixi abidələrə ciddi ziyan vurulub.  Amma Laçın yeni inkişaf mərhələsinə qədəm qoyub. Həm sürətli məskunlaşma prosesi gedir, həm də  tarixi  və mədəni abidələrimizin bərpası istiqamətində işlər həyata keçirilir. Bu qərar Azərbaycanın öz suverenliyini tam bərpa etməsinə mənəvi - siyasi dəstəkdən əlavə, eyni zamanda, erməni revanşistlərinə və Ermənistan hakimiyyətinə ciddi mesajdır. Beləliklə, Ermənistan revanşist dairələrinə bir daha açıq mətnlə mesaj verildi ki, onlar İkinci Qarabağ müharibəsinin lokal antiterror əməliyyatının nəticələri ilə birmənalı olaraq hesablanmalıdır. 

COP29 İqlim konfransına sayılı günlər qaldığı bir dönəmdə belə bir uğura imza atılması, habelə növbəti ildə Azərbaycanda 3 – cü MDB Oyunlarının keçirilməsi, Gəncə şəhərinin idman paytaxtı olaraq seçilməsi, Azərbaycanın 10 -dan çox şəhərində keçiriləcək yarışlar müsbət məqamlardandır. Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcəkdir. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. İki həftə Bakı dünyanın mərkəzi olacaq  və şəhər təqribən 70 – 80 min qonağı qarşılayacaq.

Moskva səfəri zamanı Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə müşahidə edilən son dərəcədə mənfi tendensiya barədə də fikirlərini bölüşdü. Bu neqativ tendensiya Qərb ölkələrinin, xüsusilə də ABŞ - nın dəyənək kimi istifadə  etdiyi sanksiya rejimidir.  Bu məsələdə də Prezident İlham Əliyev qüdrətli ölkənin lideri kimi sanksiyalar məsələsi ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoydu.

Günel Rəhimova

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi 

Sozcu.info

Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib
Laçın şəhərinin 2025 - ci il MDB - nin mədəniyyət paytaxtı elan edilməsi qürur doğuran
növbəti məqamlardan biridir. Ümumiyyətlə, oktyabrın 8 - də Moskvada Müstəqil Dövlətlər Birliyi
( MDB) Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan məsələlər, Prezident İlham
Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir çox tərəflər ilə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb
edir. Laçının MDB - nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün
Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Azərbaycanın qədim
şəhərlərindən olan Laçın 30 il erməni işğalında olub, şəhər dağıdılıb, mədəni və tarixi abidələrə
ciddi ziyan vurulub. Amma Laçın yeni inkişaf mərhələsinə qədəm qoyub. Həm sürətli
məskunlaşma prosesi gedir, həm də tarixi və mədəni abidələrimizin bərpası istiqamətində işlər
həyata keçirilir. Bu qərar Azərbaycanın öz suverenliyini tam bərpa etməsinə mənəvi - siyasi
dəstəkdən əlavə, eyni zamanda, erməni revanşistlərinə və Ermənistan hakimiyyətinə ciddi
mesajdır. Beləliklə, Ermənistan revanşist dairələrinə bir daha açıq mətnlə mesaj verildi ki, onlar
İkinci Qarabağ müharibəsinin lokal antiterror əməliyyatının nəticələri ilə birmənalı olaraq
hesablanmalıdır.
COP29 İqlim konfransına sayılı günlər qaldığı bir dönəmdə belə bir uğura imza atılması,
habelə növbəti ildə Azərbaycanda 3 – cü MDB Oyunlarının keçirilməsi, Gəncə şəhərinin idman
paytaxtı olaraq seçilməsi, Azərbaycanın 10 -dan çox şəhərində keçiriləcək yarışlar müsbət
məqamlardandır. Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi
etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə gələcəkdə belə
mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir
göstərəcəkdir. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların
öhdəsindən layiqincə gəlib. COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. İki
həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70 – 80 min qonağı qarşılayacaq.
Moskva səfəri zamanı Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə müşahidə
edilən son dərəcədə mənfi tendensiya barədə də fikirlərini bölüşdü. Bu neqativ tendensiya Qərb
ölkələrinin, xüsusilə də ABŞ - nın dəyənək kimi istifadə etdiyi sanksiya rejimidir. Bu məsələdə
də Prezident İlham Əliyev qüdrətli ölkənin lideri kimi sanksiyalar məsələsi ilə bağlı mövqeyini
aydın şəkildə ortaya qoydu.

Oxşar Xəbərlər

Xəbər lenti