Gürcüstan baş naziri Abxaziyanın qayıdacağına vəd verir


Gürcüstanın baş naziri İrakli Kobaxidze hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının Zuqdidi şəhərində keçirilən seçkiqabağı mitinqində deyib ki, tezliklə onun ölkəsi ilə Abxaziya arasında bütün maneələr aradan qaldırılacaq və iki xalq bir dövlətdə birgə yaşayacaq.

“Zuqdididən bir neçə kilometr aralıda bizi Gürcüstanın tarixi regionundan - Abxaziyadan süni şəkildə ayıran bir xətt var. Mən əminəm ki, tezliklə bütün süni maneələr aradan qaldırılacaq, gürcülər və abxazlar vahid və bölünməz bir dövlətdə yaşayacaqlar”, - deyə Kobaxidze bildirib.

P.S. "Gürcü arzusu" seçkilərdə qazanmaq üçün nə yalandan, nə manipulyasiyadan çəkinmir. 



Oxşar Xəbərlər

Xəbər lenti