24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Gürcüstanın Mərkəzi Seçki Komissiyası respublika prezidenti Salome Zurabişvilinin və digər şəxslərin parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını iddia edən bəyanatının yoxlanılması xahişi ilə ölkənin Baş Prokurorluğuna müraciət edib. Bu barədə MSK-nın saytında məlumat verilir.
“Gürcüstan prezidentinin, siyasətçilərin və ya hər hansı maraqlı şəxsin bəyanatlarının, eləcə də seçki saxtakarlığı ilə bağlı yayılan məlumatların doğru olub-olmadığını müəyyən etmək üçün hərtərəfli və obyektiv araşdırma aparmaq lazımdır ki, bu da Gürcüstanın seçki administrasiyasının səlahiyyətlərindən kənara çıxır”, deyə MSK Gürcüstan Prokurorluğuna müraciətində belə izah edib.
Komissiya əlavə edib ki, istintaqla əməkdaşlığa və istintaq üçün lazım olan məlumatları sərbəst şəkildə təqdim etməyə hazırdırlar.