24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
İran XİN-dən “Suriyanın gələcəyi ilə bağlı mühakimə yürütmək hələ tezdir” formasında açıqlama veriilib.
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, hazırda Suriyada bu ölkənin gələcəyinə təsir edən bir çox faktorlar var. Bu barədə “Tasnim News” xəbər verir.
“Mənim fikrimcə, Suriyanın gələcəyi ilə bağlı mühakimə yürütmək hələ tezdir. Həm bizim, həm də Suriyada qələbələrin olduğunu düşünən başqaları üçün gələcəkdə daha çox hadisələr olacaq”, deyə, Əraqçı qeyd edib.
P.S. İran ölkəsində xaos yaratmaqdan və yaymaqdan çəkinməsi ilə bağlı xəbərdarlığından sonra peyda olması təsadüfi deyil. Aydın görünür ki, rəssmi Tehran Suriyada Türkiyəyə uduzmasını həzm edə bilmir və bölgədə yeni sinsi planlar qurub “çalasılıq” edəcəyinin mesajını verməkdən çəkinmir. Formal olaraq Suriyanın yeni XİN rəhbəri Əsəd Həsən əş-Şeybaniyə xəbərdarlığının ünvanı isə “Suriyada qələbələrin olduğunu düşünən başqaları” cümləsinin altında açıq deyə bilmədiyi Türkiyədir. Biz isə buradan deyirik ki, İranın bölgəni xaos və gözyaşəna bürümək planları qardaş Türkiyənin müdaxiləsi ilə “gözündə qalacaq”, arzu və ümid edirik ki, belə də olacaq.