Azərbaycanda idman uğurla inkişaf edir

Ölkəmizdə dövlət tərəfindən idmana olan diqqət və qayğı göz qabağındadır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır.
İlin yekunlarına görə dövlət başçısının idmançılarla görüşü, nəticələrin müzakirəsi, qalib idmançıların mükafatlandırılması ölkəmizdə artıq ənənə halını almışdır. Bu ənənə artıq 27 ildir ki, davam edir və başqa heç bir ölkədə belə tədbirlərin keçirilməsi olmayıb. Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev idmançılarla görüşüb. Qeyd etmək yerinə düşərdi ki, ölkə başçısı bu görüşünü öz doğum günündə keçirib və bu da ölkəmizdə idmana olan diqqət və qayğını bir daha sübut edir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.
İşğaldan azad edilmiş ərazilərdə həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. “Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, – hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, – yeni həyat qurulur, özü də müasir, gözəl, rahat”, – deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycanda idman uğurla inkişaf edir. Ölkəmizdə bütünsahələrdə həyata keçirilən uğurlu siyasət nəticəsində idmansahəsində  böyük müvəffəqiyyətlərə imza atılıbÖlkəmiz ikincidəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilənqələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb
Müşavirədə həmçinin bildirilib kiidmançılarımız Azərbaycanxalqını öz qələbələri ilə daim sevindirirlərƏlbəttə kigələn il ondan sonrakı illərdə idmanın inkişafı üçün  lazımdırsa, o da ediləcəkÇünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdəçox açıqdırbirmənalıdır  uzun illər ərzində aparılır.
Elburus Xəlilov
Hövsan bələdiyyəsinin dri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti