13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında əlaqələr tarixən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanmışdır. Son illərdə iki ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdə münasibətlərin daha da genişlənməsi müşahidəedilir. 2025-cü ilin aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri bu münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.Almaniya Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci ildə tanımış və iki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulmuşdur. Həmin ildən etibarən Azərbaycan-Almaniya münasibətləri sürətlə inkişaf etmişdir.Almaniya Azərbaycanın Avropada əsas tərəfdaşlarından biri kimi mühüm rol oynayır. İki ölkə arasında müxtəlif səviyyələrdə siyasi dialoq və qarşılıqlı səfərlər həyata keçirilmişdir. Bu günə qədər Azərbaycan Prezidentinin Almaniyaya 17 səfəri, Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin isə Azərbaycana bir rəsmi səfəri baş tutmuşdur. Həmçinin, hər iki ölkənin xarici işlər nazirləri mütəmadi olaraq qarşılıqlı səfərlər edərək ikitərəfli və regional məsələləri müzakirə etmişlər.Azərbaycan 2023-cü ildə COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi edərək qlobal iqlim dəyişikliyi məsələlərinin həllinə töhfə vermişdir. Konfrans çərçivəsində 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir. Azərbaycan və Almaniya bu sahədə də sıx əməkdaşlıq edərək yaşıl enerji, bərpaolunan enerji layihələri və ekoloji problemlərin həlli istiqamətində mühüm addımlar atmışdır.Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji istehsal gücünü 6 giqavata çatdırmaq məqsədi qarşıya qoymuşdur və bu prosesdə Almaniya şirkətləri ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, günəş və külək enerjisinin inkişafı istiqamətində Almaniya şirkətləri Azərbaycanın enerji sektorunda mühüm tərəfdaşdır.Ticarət və investisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrupu 2011-ci ildən etibarən fəaliyyət göstərir və indiyədək 9 iclas keçirilmişdir. 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası təsis edilmiş və bu qurum iqtisadi əməkdaşlığın inkişafına töhfə verməkdədir. Gələcəkdə tərəflər ticarət dövriyyəsinin şaxələndirilməsi və qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi istiqamətində daha fəal addımlar atmağı planlaşdırır.Azərbaycan və Almaniya arasında parlamentlərarası əməkdaşlıq da mövcuddur. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir, Almaniya Bundestaqında isə Almaniya-Cənubi Qafqaz parlament qrupu Azərbaycanla əlaqələri koordinasiya edir. İndiyə qədər Azərbaycan Milli Məclisinin spikerləri Almaniyaya iki səfər etmiş, Almaniya Bundestaqının vitse-prezidenti isə Azərbaycana bir səfər həyata keçirmişdir.İkitərəfli münasibətlərdə humanitar sahədə əməkdaşlıq da mühüm yer tutur. Almaniya və Azərbaycan arasında təhsil, mədəniyyət və elmi tədqiqat sahələrində sıx əməkdaşlıq mövcuddur. Azərbaycanda Alman Dili Mərkəzi fəaliyyət göstərir, bir sıra universitetlər Almaniyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Həmçinin, Alman Akademik Mübadilə Xidməti (DAAD) vasitəsilə azərbaycanlı tələbələr Almaniyada təhsil almaq imkanına malikdirlər.Azərbaycan-Almaniya əlaqələrinin mühüm istiqamətlərindən biri də regional sülh və təhlükəsizlik məsələləridir. Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, torpaqlarının 20 faizi işğal altında qalmış və bir milyon azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüşdür. 2020-ci ildə Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi qələbə sülh danışıqlarına yol açmışdır. Hazırda Azərbaycan və Ermənistan arasında normallaşma prosesi gedir və bu prosesdə Almaniya da fəal rol oynayır.Almaniya Avropa İttifaqının aparıcı ölkələrindən biri kimi Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Son görüşlərdə Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb münasibətləri və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunmuşdur.Azərbaycan və Almaniya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və son illərdə bu əlaqələr yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin vurğuladığı kimi, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verəcəkdir. İqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, enerji sahəsində ortaq layihələrin icrası və regional sülhün təmin olunması istiqamətində atılan addımlar Azərbaycan-Almaniya əlaqələrinin gələcəyini daha da perspektivli edir.Şərif HüseynovSuraxanı rayonu, 280 nömrəli tam orta məktəbin tarix müəllimiSozcu.info