Qəhrəmanların Mirası: Qubadlının Baş Planı, Müasir Formada İnkişafı.

Hər il 25 Oktyabr – Qubadlı şəhəri Günü – milli birliyimizin, Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik liderliyinin və qəhrəmanlar diyarı Qubadlının sarsılmaz iradəsinin təntənəsidir. Biz, qəsəbə bələdiyyəsi olaraq, bu tarixi Zəfəri təkcə uzaqdan seyr etmirik, həm də Cənab Prezidentin “Böyük Qayıdış” siyasətinin mənəvi dəstəkçiləri və bilavasitə iştirakçıları olaraq özümüzə böyük bir məsuliyyət hiss edirik. Bizim üçün Qubadlının bərpası, müdrik keçmişin qəhrəmanlıq ənənələrinin (Milli Qəhrəmanlar, bütün şəhidlər və qazilər) gələcək nəsillərə ötürülməsinin ən vacib real uğurudur.

Qubadlı Azərbaycanın qəhrəmanlıq fenomeninin simvoludur. Bu diyar Birinci Qarabağ müharibəsi illərində böyük şücaətlə döyüşən, lakin işğal altına düşən, Vətən müharibəsində isə Cənab Prezidentin strateji qətiyyəti ilə xalqımızın qəhrəman övladlarının şücaəti ilə azad edilən əzəli torpağımızdır. Bu torpaqlar uğrunda canından keçən minlərlə şəhid və qazinin ruhu, hər bir Azərbaycan vətəndaşı üçün əbədi yaşayır. Bu qəhrəmanlıq irsi, bizə vahid Vətən uğrunda mübarizənin, Vətənə sahib çıxmağın ən vacib dərsini verir.

Mən rəhbəri olduğum qəsəbə bələdiyyəsi adından Qubadlının bərpasını “Birlik Ruhu” prinsipləri əsasında dəstəkləyirəm. Qəsəbəmizdə yaşayan qubadlılı məcburi köçkünlər, bizim doğma sakinlərə çevriliblər. İndi bizə düşən əsas vəzifə, onların doğma yurdlarına ləyaqətlə qayıdışını təmin etmək üçün Cənab Prezidentin siyasətinə tam dəstək verməkdir. Biz bu müddət ərzində bələdiyyəmizdə məskunlaşan qubadlılılara hər cür yardım göstərməyi, onların sosial-iqtisadi problemlərinin həllinə dəstək olmağı özümüzə şərəf bilmişik.

Cənab Prezident İlham Əliyevin real uğurları təkcə hərbi qələbə ilə məhdudlaşmır, həm də post-müharibə dövründə həyata keçirilən urbanistik vizyonun keyfiyyəti və sürətində öz əksini tapır. Biz bələdiyyə sədrləri olaraq, Nazirlər Kabinetinin təsdiq etdiyi “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” ilə dərindən tanışıq. Bu sənəd sadəcə bir tikinti proqramı deyil, müasir, innovativ və dayanıqlı icma inkişafının rəmzidir. Baş planda nəzərdə tutulan “ağıllı şəhər” və “yaşıl şəhər” prinsipləri, rəqəmsal idarəetmə sistemləri ilə icma xidmətlərinin təşkil edilməsi sahəsində bizə də örnək olur. Qubadlıda qurulan bu infrastruktur bizim mövcud bələdiyyə fəaliyyətimiz üçün də bir innovasiya dərsidir.

Bu Baş planın icrası çərçivəsində atılan addımlar – “Qubadlı” yarımstansiyasının açılışı (25.10.2021), Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksi və Gömrük Postunun yaradılması (suverenliyin təminatı), həmçinin 600 şagirdlik məktəb və Mərkəzi Xəstəxananın təməllərinin qoyulması (04.05.2023) – Cənab Prezidentin nəzarətində olan kompleks quruculuq proqramının nəticəsidir. Bu işlər göstərir ki, Cənab Prezident hər şeyi ən yüksək standartlarla və ən qısa zamanda görməkdə qərarlıdır. Bu sürət və keyfiyyət qəhrəmanların ruhuna ən böyük ehtiramdır.

Biz, qəsəbəmizin bələdiyyəsi olaraq, bu təcrübəni öyrənir və qəsəbəmizdəki xidmətlərinin modernləşdirilməsində istifadə etməyə çalışırıq. Qubadlıda qurulan “ağıllı kənd” (Mahruzlu və Zilanlı) modelləri, idarə etmə və ətraf mühitə həssas yanaşma baxımından gələcəyin standartlarını müəyyənləşdirir. Cənab Prezidentin bu vizyonu, post-müharibə dövründə Azərbaycanın innovativ inkişaf modelini bütün dünyaya nümayiş etdirir.

Bizim gələcək perspektivlərə olan inamımız Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə güclənir. Bu siyasəti dəstəkləyən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar missiyası, xüsusən də dağıdılmış mədəniyyət abidələrinin və məscidlərin bərpası sahəsindəki qayğısı, Böyük Qayıdışın mənəvi təməlini təmin edir. Mədəniyyət və təhsil obyektlərinin bərpası, gələcəkdə Qubadlının həmdə mənəvi inkişafının zəmanətidir.

Əmircan bələdiyyəsinin sədri

Emil Yusifov

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti