Taleh Kazımov : "Hal-hazırda mənzil bazarında hər hansı ‘sabun köpüyü’ müşahidə etmirik"


Bakı şəhərində mənzil qiymətlərində, xüsusilə yeni tikililərdə müşahidə olunan davamlı artım Mərkəzi Bankın diqqət mərkəzindədir. Bu məsələ Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında müzakirə olunub.

Sozcu.info xəbər verir ki, FED.az xəbər portalının mövzu ilə bağlı sualını cavablandıran Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, qiymət artımı Mərkəzi Bank tərəfindən diqqətlə izlənilir : “Biz artıq bu ildən mənzil bazarındakı qiymətləri təhlil edirik, proses nəzarətimiz altındadır. Hazırda qiymət artımı 10,9% təşkil edir. Düşünürük ki, bu həm tələbin artması, həm də xərc amillərinin təsiri ilə formalaşır”.

Sədr əlavə edib ki, Mərkəzi Bank daxilində bu məsələ bir neçə dəfə müzakirə olunub və ipoteka kreditləşməsinin genişlənməsi ilə bağlı təşəbbüslər həyata keçirilir: “Bizim marağımız ondadır ki, əhalinin mənzil alışı üçün əlavə maliyyə məhsulları yaradılsın və ipoteka portfeli artsın. Bu, həm sosial baxımdan, həm də iqtisadi artım nöqteyi-nəzərdən çox vacibdir.”

Taleh Kazımov bildirib ki, Mərkəzi Bank bu sahədə risk görmür. FED.az-ın “mənzil bazarında sabun köpüyü yarana bilərmi?” sualına cavab olaraq AMB rəhbəri qeyd eib ki, hazırda bazarda belə bir risk müşahidə edilmir: “Biz hal-hazırda mənzil bazarında hər hansı ‘sabun köpüyü’ müşahidə etmirik”.



Oxşar Xəbərlər

Xəbər lenti