17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
Cənab Prezident İlham Əliyevin 21 oktyabr 2025-ci ildə Astanadakı bəyanatının ən isti və səmimi hissələrindən biri, iki ölkə arasındakı münasibətlərin dərinliyini və intensivliyini vurğulaması idi. Möhtərəm Prezident bəyan edib: “Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq.” Bu sözlər, səmimi lider münasibətlərinin beynəlxalq diplomatiyada nə qədər həlledici rol oynadığını sübut edir.
Cənab Prezidentin qeyd etdiyi kimi, son üç ildə ondan çox qarşılıqlı səfərə baxdıqda, münasibətlərimizin misilsiz intensivliyini əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib. Bu cür yüksək tezlikli görüşlər, sadəcə rəsmi protokoldan kənara çıxaraq, iki lider arasında yaranmış dərin şəxsi etimadın və səmimiyyətin nəticəsidir. Bu, eyni zamanda Prezident İlham Əliyevin liderlik fəlsəfəsinin əsasını təşkil edir: Boş bəyanatlar yox, konkret nəticələr.
Biz, təhsil işçiləri, liderlərin bu nümunəvi münasibətlərini gənc nəslə təqdim edərkən, onlara təkcə siyasi uğurları deyil, həm də qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanan əlaqələrin dəyərini öyrədirik. Ölkələrimizin Hökumətlərarası Komissiya və Ali Dövlətlərarası Şura çərçivəsində əldə etdiyi nəticələrin hamısı xalqlarımızın və qonşularımızın xeyrinədir.
Azərbaycanın xarici siyasətində qardaşlıq prinsiplərinin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Ulu Öndərin "Bir millət, iki dövlət" kimi dəyərləndirdiyi Türk xalqları ilə münasibətlər strategiyası, məhz Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Qazaxıstanla olan münasibətlərdə özünün ən parlaq təzahürünü tapır.
Bu qardaşlıq bağlarının möhkəmlənməsinə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanitar fəaliyyəti xüsusi töhfə verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən mədəni və sosial layihələr, xalqlar arasında mənəvi yaxınlaşmanı təmin edir. Qazaxıstanın Füzulidə tikdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi – bu, sadəcə bir tikili deyil, Mehriban xanım Əliyevanın humanizm missiyası ilə səsləşən, səmimi qardaşlıq təməli üzərində ucaldılmış inam abidəsidir.
Cənab Prezidentin qeyd etdiyi kimi, Ali Dövlətlərarası Şuranın iclasında sahə nazirliklərinin hesabatlarını dinləmək və qarşılıqlı fəaliyyəti intensivləşdirmək üçün əlavə təlimatlar vermək, bu münasibətlərin təkcə səmimi deyil, həm də yüksək dərəcədə idarəolunan olduğunu göstərir. Eşidilənlərin məmnunluq hissi doğurması, nəzərdə tutulanların hamısının yerinə yetirilməsi faktı, əməkdaşlığın səmərəliliyindən xəbər verir.
Cənab Prezident İlham Əliyevin Astanadakı çıxışı bir daha təsdiqlədi ki, Azərbaycanın xarici siyasətinin uğuru, strateji dəqiqlik və dərin mənəvi dəyərlərin birliyindədir. Biz bu liderlik nümunəsini yüksək qiymətləndirir və bu ruhda tərbiyə etdiyimiz gənclərin gələcəkdə qardaş Qazaxıstanla əlaqələrimizi daha da inkişaf etdirəcəyinə inanırıq.
Bakı şəhəri, Suraxanı rayonu, M.Bayramov adına 196 nömrəli tam orta məktəb
Sozcu.info