Pezeşkianın Azərbaycanla dostluq mesajı verməsi isterikaya səbəb oldu

Sozcu.info xəbər verir ki, İran parlamentinin Tehrandan olan deputatı Həmid Rəsai İran Prezidenri Məsud Pezeşkianın Azərbaycan barəsində sözlərindən sonra onu tənqid atəşinə tutub.
Rəsai deyib: "Cənab Pezeşkian, bəyanatlarınızda ehtiyatlı olub. Düşmənlərə bəhanə verməyin. Sizin Zəncana səfəriniz barəsində dediyiniz sözlər İran ilə Azərbaycana qarşı bədxahların dəyirmanına su tökür".
 O, Azərbaycanı dəstəkləməyin İrana "həmişə baha başa gəldiyini, itkilərə səbəb olduğunu" iddia edib.
Pezeşkian demişdi: "Biz Azərbaycanla dost ola bilməsək, bunu bizim əvəzimizə İsrail edəcək. Demək, özümüz günahkarıq". Bu sözlər Rəsaiyə ağır təsir göstərib. Deputatın sözlərinə görə, bu, İranın ünvanına ittihamdır və Azərbaycanı İsrailin dostu kimi tanımaqdır. Deputat qəzəblənib: "İsrail Təbrizdə 60 nəfəri öldürdü, bir gün də Azərbaycan xalqını məhv edəcək?"
Həmid Rəsainin sözlərinə görə, İran Prezidenti postunu tutan şəxs "dövlətin maraqlarını qətiyyətlə qorumalı və xaricilərin təsiri altına düşməməlidir".



Oxşar Xəbərlər

Xəbər lenti