Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT


Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Sozcu.info President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Akademiyasının rektoru təyin edilib.

Hər iki sərəncam imzalandığı gündən qüvvəyə minib.



Oxşar Xəbərlər

Xəbər lenti