10-02-2026, 11:11
30-01-2026, 23:21
28-01-2026, 11:19
23-01-2026, 21:08
15-01-2026, 21:37
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada Azərbaycan Respublikasının Rusiyadakı səfiri Rəhman Mustafayev ilə görüş keçirib.
Sozcu.info Rusiya XİN-ə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli gündəlikdəki aktual məsələlər müzakirə olunub, gələcək siyasi təmasların qrafiki razılaşdırılıb. Həmçinin, bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Rusiya və Azərbaycan arasında əməkdaşlıq bəyannaməsi çərçivəsində əlaqələrin inkişafına prinsipial sadiqlik bir daha təsdiqlənib.