Gürcüstanda şok çalxalanma: Saakaşvili satqınları ifşa etdi

Saakaşvili gürcü müxalifətini hədəf aldı: Bəziləri yalnız formal mübarizə aparır
Gürcüstan siyasətində qarşıdurma davam edir.

Sozcu.info xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili müxalifətin bir hissəsini sərt tənqid edib.

O, Facebook hesabında yazıb ki, son günlər ona qarşı yönələn hücumlar təsadüfi deyil: “Müxalifətin bir hissəsinin İvanişviliyə qarşı yalnız formal mübarizə aparması və əsasən mənə hücum etməsi yeni deyil”.

Saakaşvilinin sözlərinə görə, cəmiyyətdə ona və təmsil etdiyi siyasi xəttə dəstək artır: “Söhbət yalnız mənim dəstəklənməyimdən getmir, güclü, azad və ədalətli Gürcüstan uğrunda qətiyyətli mübarizənin dəstəklənməsindən gedir”.

O iddia edib ki, Gürcüstan cəmiyyəti artıq hakimiyyətin və Rusiyanın təsiri altında olan təbliğat stereotiplərindən uzaqlaşır və ölkə yenidən güclənərək beynəlxalq arenaya qayıda bilər. Saakaşvili həmçinin Abxaziyanın paytaxtı Suxumi-nin “azad ediləcəyini” də vurğulayıb.

Keçmiş prezident bildirib ki, müxalifətə birlik və aktiv mübarizə çağırışı etsə də, əvəzində onu “təkhakimiyyətə can atmaqda” ittiham edirlər: “Mən dedim ki, birləşin, hücuma keçin. Amma bunun əvəzinə mənə qarşı ittihamlar səsləndirildi”.

Saakaşvili sonda əlavə edib ki, onu hədəf alan qüvvələrin siyasi gələcəyi yoxdur.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti