10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Milyonlarla vəsait əldə edən şirkətlərin BENEFİSİAR SAHİBİ
Benefisiar sahiblik məlumatlarının açıqlanması həm hökumət, həm vətəndaş cəmiyyəti, həm də sadə vətəndaş üçün faydalı olacaq
Uzun illər neft, qaz və mineral ehtiyatlarla zəngin olan əksər ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunub. “Resurs lənəti” adlanan bu hal çox vaxt şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları sahəsində şəffaflıq və hesabatlılığın çatışmazlığı ilə səciyyəvi olub. Bu sahədə çatışmayan şəffaflıq və hesabatlılığın təmini məqsədi ilə 2002-ci ildə yeni təşəbbüs irəli sürüldü. Neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunan bu qlobal standart Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) adlandırıldı. MHŞT təbii ehtiyatlarla zəngin ölkələrdə neft, qaz və mədən sənayesi şirkətlərinin hökumətə etdiyi ödənişlərin, hökumətin əldə etdiyi gəlirlərin ictimaiyyətə tam açıqlanması və yoxlanılması yolu ilə təkmilləşdirilmiş idarəetməni dəstəkləyir. 2016-cı il fevralın 24-25-də Limada keçirilən MSŞT üzrə 7-ci Beynəlxalq Konfransda Standartda bir sıra əhəmiyyətli dəyişikliklər edildi. Standartın yeni redaksiyasında MSŞT Hesabatında əks olunmalı məlumatlara qarşı tələblər daha konkretləşdirilib sistemləşdirildi. Standartın 2.5-ci bəndinə əsasən, MSŞT razılaşdı ki, 1 yanvar 2020-ci il tarixinədək bütün iştirak edən ölkələr mədən aktivləri üçün tenderdə iştirak edən, bu sahədə fəaliyyət göstərən və ya investisiya yatıran hüquqi şəxslərin öz benefisar sahiblərinin kimliyini açıqlasınlar. Bundan əlavə, siyasi xadim olan benefisiar sahiblər də müəyyən olunmalı və təklif edilən çərçivə daxilində açıqlanmalıdır.
Azərbaycanın MHŞT-də İLKləri benefisar sahibliyə aid olmadı
Azərbaycan 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olub. 2003-2015-ci illər ərzində Azərbaycan 20 MHŞT hesabatı açıqlayıb. Respublikamızda yerli vətəndaş cəmiyyətinin fəaliyyətinə yaradılan problemlər səbəbindən Beynəlxalq İdarə Heyətinin 15 aprel 2015-ci il tarixli toplantısında Azərbaycanın statusu tam hüquqlu üzvdən namizəd səviyyəsinə endirilib. Bundan sonra Azərbaycan 2017-ci ilin martında MHŞT-ni rəsmi şəkildə tərk edib. Buna baxmayaraq Azərbaycan MHŞT prinsiplərinə sadiq qaldığını bildirib. Azərbaycan Prezidentinin 5 aprel 2017-ci il tarixli Fərmanda Azərbaycanın hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının beynəlxalq prinsiplər əsasında davam etdirilməsi əksini tapıb. Bu beynəlxalq prinsiplərdən biri də benefisiar sahibliyin açıqlanmasıdır.
Benefisiar sahiblik nədir?
2016-cı ildə qəbul edilən yeni Standartda işlədilən “Beneficial ownership” termini “Benefisiar sahiblik” kimi tərcümə edilib. Amma Azərbaycan qanunvericiliyində “benefisiar sahib” anlayışı yoxdur. Qanunvericilikdə əksini tapan “Benefisiar mülkiyyətçi” anlayışı isə hazırda dünyada qəbul olunan “benefisiar sahiblik” anlayışını tam əhatə etmir.
Benefisiar sahiblik nəticə etibarilə şirkətin sahibi və şirkətdən və ya kommersiya fəaliyyətindən maliyyət şəklində fayda əldə edən şəxslərə işarə edir. Başqa sözlə hüquqi şəxsin və ya hüquqi cəhətdən məcburi sövdələşmənin “benefisiar sahib”i sahibliyin və ya nəzarətin birbaşa və ya dolayı olmasından asılı olmayaraq son nəticədə bu hüquqi şəxsə və ya hüquqi sövdələşməyə sahib olan və ya ona nəzarət edən fiziki şəxslərdir.
Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov da deyir ki, ilk öncə məfhumunun qanuna gətirilməsi və dəqiq anlayışının verilməsinə ehtiyac var: “İlk öncə benefisiar sahibliyin prinsipləri və əhatə dairəsi dəqiqləşdirilməlidir. Daha sonra benefisiar sahibliyi hansı şirkətlərin açıqlanması dairəsi müəyyənləşdirilməlidir. Həmçinin, açıqlanacaq məlumatların strukturu, hansı məlumatları əhatə dairəsi təsdiqlənməlidir. Sonda isə məlumatların yayımlanması və monitorinqi əhatə olunmalıdır”.
Kimlər benefisiar sahib hesab olunur?
Kimlərin benefisiar sahib olması ilə bağlı fərqli fikirlər olsa da, son faydalanan fiziki şəxslər olması əksəriyyət tərəfindən qəbul olunur.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edir ki, Azərbaycan qanunvericiliyində “benefisiar mülkiyyətçi” anlayışı olsa da, hazırda beynəlxalq sistemdə qəbul olunan “Benefisiar sahiblik” anlayışının açıqlanmasına ehtiyac var: “Sahiblik mülkiyyət hüququnun elementlərindən biridir. Bu termindən də istifadə etmək olar. Amma “mülkiyyətçi” deyəndə həm də hüquqi şəxslər nəzərdə tutulur. Bu mənada “Benefisiar sahiblik” anlayışına uyğun termin qanunvericiliyə gətirilib məzmununun açıqlanmasına ehtiyac var”.
İqtisadçı ekspert İnqilab Əhmədovu sözlərinə görə, “Benefisiar sahib” fiziki şəxsdir: “Şirkətə münasibətdə mənfəət sahibi birbaşa və ya dolayısı yolla korperasiyaya nəzarət edən fiziki şəxs və fiziki şəxslərdir. Bəzən olur ki, cari fəaliyyətdə bu adam görünmür. O, gələcəkdə bu şirkətin böyüməsindən sonrakı faydanı gözləyir. Beynəlxalq səviyyədə benefisiar sahib son faydalanan şəxsi nəzərdə tutur. Birmənalı demək olmaz ki, dövlət reystrində olan şəxslər mütləq faydalanan şəxsdir. Reystrdə adı keçən həmin şəxslər son faydalanan ola da bilər, olmaya da bilər. Bu məsələdə gələcəkdə iqtisadi faydaya da baxmaq lazımdır. Çünki şirkətin böyüməsi son faydalanana daha sərfəlidir və bəzən onlar kənarda dayanıb böyüməsini gözləyirlər. İlk mərhələdə kənarda dayanan şəxs etibarnamə və digər vasitəsilə nəzarəti əlində saxlamağa çalışır”.
Benefisiar sahibliyin açıqlanmasının faydaları
Benefisiar sahibliyin açıqlanması ilə bağlı təşəbbüsdə iştirak edən 50-dən artıq ölkə 2020-ci il yanvarın 1-dən benefisiar sahiblik məlumatını açıqlamağa başlayıb. Bəzi ölkələr isə artıq bir neçə ildir bu prosesə başlayıb. Azərbaycana daha yaxın Ukrayna, Qırğızıstan və Monqolustan artıq bir neçə ildir bu məlumatları açıqlayır.
Benefisiar sahibliyin hesabatlılığı rejiminin həddinin səviyyəsinə fərqli yanaşmalar var və hədlər 5 faizdən 25 faizədək dəyişir. Azərbaycanda hasilat sənayesində Siyasi Nüfuz Sahibləri üçün 5 faiz, fiziki şəxslər üçün 20 faiz məqbul hesab edilir. Birgə müəssisə olduğu təqdirdə, müəssisə daxilindəki hər qurum öz benefisiar sahiblərini açıqlamalıdır. Amma agentlər, nominal payçılar, trast idarəçiləri və digər vasitəçilər benefisiar sahib hesab edilmirlər.
Benefisiar sahibliyin açıqlanması maraqlı tərəflərə əslində kimin hasilat sənayesində qazanılan gəlirdən faydalandığını və ya sektorda iştirak edən şirkətləri idarə etdiyini və hesabatlılığı artırdığını müəyyənləşdirməyə imkan verir. Benefisiar sahibliyin açıqlanması gəlirin həqiqi benefisiarlarının qeyri-şəffaf qurama şirkətlərin arxasında gizlənməyinin və ya gəlirin hesabatının verilməsindən və vergidən yayınma, maraqlar toqquşmasının gizlədilməsi və ya çirkli pulların yuyulması, korrupsiya fəaliyyəti ilə məşğul olmaq və ya maliyyə cinayəti və ya zorakılıq, o cümlədən terrorizm fəaliyyəti ilə məşğul olmaq üçün qarışıq korporativ və ya digər hüquqi strukturlardan istifadə etməsinin qarşısını alır. Benefisiar sahibliyin açıqlanması, həmçinin, maraqlı tərəflərə kimin hasilat sənayesinə investisiya qoyduğunu və siyasi nüfuz sahibləri (SNS-lər) ilə hər hansı əlaqənin olub-olmadığını görmək üçün şəffaf baxış təmin edir, beləliklə lisenziyalaşdırmada potensial maraqlar toqquşmasının qarşısının alınmasına imkan yaradır.
Korrupsiyaya son, şəffaflığa dəstək
Əliməmməd Nuriyev hesab edir ki, benefiasar sahiblik məlumatlarının açıqlanması şəffaflıq, açıqlıqla yanaşı, həm də biznes mühitinin yaxşılaşdırılması üçün əhəmiyyətlidir: “Hesab edirəm ki, bununla bağlı açıq reystr olmalıdır. Bu açıqlıq məhdud dairə üçün yox bütövlükdə bütün ölkə vətəndaşları üçün əlçatan olmalıdır. Ölkənin beynəlxalq imici, əlavə investisiyaların cəlbi, vergidən yayınmanın qarşısının alınması, korrupsiya risklərinin azaldılması baxımından da benefisiar sahiblik məlumatlarının açıqlanması əhəmiyyət daşıyır”.
Ekspert İnqilab Əhmədov deyir ki, benefisiar sahiblik məlumatlarının açıqlanmasının həm vətəndaşa, həm hökumətə, həm də vətəndaş cəmiyyətinə faydası var: “Koronavirisun gətirdiyi məhdudiyyətlər bu məsələni daha da aktuallaşdırır. İlk növbədə benefisiar sahibliklə bağlı məlumatların açıqlanması hökumət üçün faydalıdır. Hökumət nə qədər məlumatlı olsa da, şirkətlərlə bağlı bəzi məlumatları bilməməsi mümkündür. Bu mənada hökumət xoşagəlməz halların qaşısının alınmasında maraqlı olsa da, bəzən bu böyük şəbəkə qarşısında acız olur.
Bu məlumatların açıqlanması vətəndaş cəmiyyəti üzvləri, jurnalistlər, tədqiqatçılar üçün vacibdir. Vətəndaşların mülkiyyət sahibliyi ilə bağlı məlumat almaq ehtiyaclarını ödəməklə, etimadlı cəmiyyətin yaranmasına töhfə vermək mümkün olacaq. Həmçinin, yazılan məlumatlar sübut olunmasa, iş məhkəməyə çıxır və araşdırmaçılar cəzalandırılır. Bu mənada benefisiar sahiblik məlumatların açıqlanması hüquq-mühafizə orqanları üçün də faydalıdır.
Bu məlumatların açıqlanması həm də investorlar üçün əhəmiyyətlidir. İş adamı investisiya gətirdiyi ölkədə hüquqi çərçivəni biləcək və arxayın olacaq. Nəticədə investorlara onların risklərinin minimuma endirilməsinə kömək etməklə yanaşı, hasilat ölkələrinə girişi rahatlaşdırılacaq. Hasilat sənayesində icazələrin alınması ilə bağlı korrupsiyanın azaldılması, vergidən yayınmanın qarşısının alınması mümkün olacaq”.
Benefisiar sahiblik məlumatlarının açıqlanmasının sadə vətəndaş üçün faydası çoxluq üçün daha maraqlıdır. Ola bilər ki, yaxın müddətdə sadə vətəndaş üçün bu fayda real görünməsin. Amma benefisiar sahiblik məlumatları açıqlansa, hesabatlılıq təmin olunsa, müəmmalı şirkətlərin sahibləri müxtəlif yollarla ölkədən vəsait çıxara bilməsə, cinayət yolu ilə qazanılan vəsait ölkəyə qaytarılsa, cəmiyyət mütləq bundan fayda görəcək. Dövlət büdcəsinə daxil olan əlavə vəsait, əmək haqqı artımı, pensiya artımı vasitəsi ilə sonda sadə vətəndaşlara çatacaq.
Amma hər bir halda benefisiar sahibliklə bağlı açıqlanan məlumatların dəqiqliyinə zəmanət olmalı və doğru məlumat verilməməsinə görə cəza mexanizmi müəyyənləşdirilməlidir.
Benefisiar sahibliyin açıqlanması həm də ictimaiyyətə şirkətin sahibini və ya kommersiya fəaliyyətindən faydalanan şəxsi müəyyən etməyə imkan yaradacaq. Bu Azərbaycana investisiya qoyan və ya burada hasilat sənayesi sahəsində müqavilə imzalayan şirkətlərdə inam və etibarın çoxalmasına xidmət etməklə biznes fəaliyyətini asanlaşdıra bilər. Əlavə olaraq, bu, hökumətə nəticə etibarilə kimin nə qədər gəlir əldə etdiyini izləməyə, vergi, rüsum və digər ödənişlərin toplanmasından əmin olmağa imkan verəcək. Bundan isə qazanan Azərbaycan cəmiyyəti olacaq. \\Modern
Oxşar Xəbərlər
Prezident İlham Əliyev: Struktur islahatları, siyasi, iqtisadi islahatlar və şəffaflıq ölkəyə böyük faydalar gətirir
“Qazprom”la SOCAR Gürcüstan uğrunda qaz müharibəsinə başlayır
ŞİMALİ KOREYANIN 10 TRİLYON DOLLARLIQ SƏRVƏTİ:bəlkə, Pxenyana qarşı raket sınağı ittihamı bəhanədir? - ARAŞDIRMA
DAHA BİR NEFT DÖVLƏTİNİN ÇÖKÜŞÜ –Hökumətlə vətəndaşlar arasında bağ qopanda yaşanan gerçəklər...
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…