IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Balamla bağlı çəkiliş edənlərə onun qan pulundan vermək məcburiyyətində qaldım” – ŞƏHİD ANASI
“Oğlum haqqında material üçün qan pulundan istifadə etmək məcburiyyətində qaldım”.
“Elməddin ən zəif yerimizdir. Onun dırnağı üçün hər şeyimizi verərik”.
“Hamı övladının tanınmasını istəyir, bundan isə sui-istifadə edirlər”.
Bu peyvəndi vurduranların DİQQƏTİNƏ:6 aydan sonra...
Bakıda hələ də havada toz dumanı davam edir
Bu gün 21 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
Son günlər yerli mediada və sosial şəbəkələrdə müzakirəyə səbəb olan mövzulardan biri də Vətən Müharibəsi qəhrəmanları haqqında hazırlanan materiallarla bağlı özlərini “media təmsilçiləri” kimi təqdim edən bir qrup şəxsin şəhid ailələrindən ödəniş tələb etmələridir. Onlar əllərində şəhid ailələrinin ünvan və əlaqə nömrələri olan siyahı ilə şəhər, rayon, kənd yerlərini gəzərək 44 günlük savaşda iştirak edən qəhrəmanlarımızı tanıtmaq adı ilə müxtəlif məbləğlərdə pul tələb edirlər.
Lent.az mövzu ilə bağlı araşdırma aparıb.
Vətən Müharibəsi bitdikdən sonra şəhid ailələrindən pul almaqla bağlı bir çox iddialar zaman-zaman səslənsə də, son günlər bu kimi faktların sayı artıb. Bir neçə gündür ki, sosial şəbəkələrdə bununla bağlı paylaşımlar edərək məsələni ictimailəşdirən ictimai fəal
Təranə Alməmmədova
saytımıza bildirib ki, iyun ayının 22-də Bum qəsəbəsindən olan Aprel şəhidi Sahil Şirinovun doğum günündə iştirak ediblər:
Təranə Alməmmədova
“Orada çəkiliş qrupuna rast gəldik. Əyninə hərbi forma geyinmiş Rübabə adlı aparıcıya açıqlama da verdim. Bir neçə gün sonra isə şəhid ailələri ilə tədbirdə qarşılaşdıq. Şəhid anası mənə dedi ki, özünü “İnform Xəbər TV”nin aparıcısı kimi təqdim edən şəxs onların evində olaraq, çəkiliş aparıb və bunun müqabilində pul istəyib. Bundan sonra isə əlaqəm olan şəhid ailələri ilə danışdım. Məlum oldu ki, onların bir neçəsindən də belə materialların hazırlanması üçün pul istənilib".
İrəli sürülən iddialarla bağlı bir neçə şəhid ailəsi ilə əlaqə saxladıq.
“Çəkiliş üçün 100 manat pul ödədik”.
Şəhid Elməddin Mustafayevin anası Könül xanım deyir bu sözləri. O bildirir ki, şəhid ailələri birgə iyunun 22-də Aprel şəhidi Sahil Şirinovun doğum günündə ailəsini ziyarət ediblər:
Şəhid Elməddin Mustafayev
“Həmin günün səhəri mənə tanımadığım nömrədən zəng gəldi və adımı, şəhid anası olub-olmamağımı soruşdular. Ondan sonra bir gün həmin nömrədən mənə yenə zəng gəldi və dedilər ki, çəkiliş aparmaq istəyirlər. Mən də bununla razılaşdım. İlk olaraq nömrə və ünvanımı haradan almaqları ilə maraqlandım. Rübabə adlı qadın dedi ki, icra hakimiyyətindən çəkiliş etmək üçün bizim ailəmizi məsləhət görüblər. Evimizdə, oğlumun uyuduğu məzarlıqda çəkiliş bitəndən sonra məndən 100 manat pul istədilər. Şəhid övladımın xətrinə razılaşdım. Yoldaşıma da dedim ki, gəl verək. Uşaq zəif yerimizdir, ondan keçə bilmədik. Pulu ödədik və gecələmək üçün bizdə qalmaq istədiyini dedi Rübabə xanım. Şəraitimiz yaxşı deyil, ona görə də bizdə qalmağı mümkün olmadı. Sonradan öyrəndim ki, şəhid Təbrizgilin ailəsinə gedərək orada qalıblar. Təbrizin həyat yoldaşı mənə zəng edib dedi ki, onlardan da pul istənilib, amma verməyiblər.
Yaranmış vəziyyət mənə çox pis etdi. Söhbət puldan getmir, balama hər şey qurbandır. Mənə təsir edən o oldu ki, 19 yaşlı şəhidin ailəsindən çəkiliş üçün pul istənilir. Axı onların sayəsində işğal altında olan torpaqlarımız bizə qayıdıb. Şəhid qanının sayəsində indi sülh içində yaşayır azərbaycanlılar. Pulum da, evim də, varlığım da balamın dırnağına qurban olsun
”.
“Pul verməli olacağımızı bilsəydim, razılaşmazdım”.
Bu sözləri isə şəhid Rüstəm Atakişiyevin anası Arifə xanım deyir. O bildirir ki, çəkilişdən sonra “İnform Xəbər TV”nin aparıcısı Rübabə Vəliyeva 60 manat pul istəyib, ancaq 40 manat verib:
Şəhid Rüstəm Atakişiyev
“Həmin an üstümdə pul yox idi. Özüm 280 manat maaş alıram. Oğlumun şəhid pulu üçün verilən kartından isə çalışıram ki, heç istifadə etməyim. Mənə ağır gələn o oldu ki, məcbur qalaraq oğlumun kartından 40 manatı onun kartına köçürdüm. Ona verdiyim pul oğlumun qanının pulu oldu”.
“Hamı istəyir ki, şəhid olan övladını hər kəs tanısın, qəhrəmanlıqlarından danışsın”.
Beyləqan rayonunun Kəbirli kəndindən olan Vətən Müharibəsi qazisi
Taci Abdullayev
deyib bu sözləri. O bildirir ki, əmisinin oğlu 44 günlük savaşda şəhid olub:
Vətən Müharibəsi qazisi Taci Abdullayev
“İnform Xəbər TV”nin əməkdaşı bizim kəndimizdə olub. Azərbaycanda ən çox şəhidi olan kənd bizimdir. Bizim kənd 17 şəhid verib. Həm əmimlə, həm də digər şəhid ailələri ilə danışdım. Bəlli oldu ki, onlardan da pul istənilib. Pulu verənlər də olub, olmayanlarda. Mənim əmim də buna pul verib. Mən amma bunu bilməmişəm. Çəkilişdə iştirak edərək hətta bir neçə söz də demişəm. Əmim oğlu haqqında video isə artıq “YouTube”da yayımlanıb”.
Sözügedən iddialarla bağlı Bakı şəhəri “Azərbaycan Nəşriyyatı”nda yerləşən “İnform Xəbər TV”nin rəhbəri Azər Kazımov və redaksiyanın işçisi, pul almaqda təqsirləndirilən Rübabə Vəliyeva ilə əlaqə saxladıq. Onların hər ikisi yayılan məlumatların şər-böhtan xarakterli olduqlarını bildirdilər.
“İnform Xəbər TV”nin rəhbəri Azər Kazımov və redaksiyanın işçisi Rübabə Vəliyeva
Qeyd edək ki, mövzu ilə bağlı xoşagəlməz hallar tək Qəbələdə, Beyləqanda yox, bir çox şəhər və rayonlarda qeydə alınıb. Bununla bağlı Bakı, Sumqayıt və digər ərazilərdə yaşayan şəhid ailələri ilə də əlaqə saxlamışıq. Onlar da zaman-zaman pul müqabilində özünü “media”, “jurnalist” adlandıraraq çəkiliş etmək istəyən fərqli şəxslərin evlərinə gəlmələrini və ya nömrələrinə zəng etdiklərini bildiriblər.
Xüsusi ilə vurğulayaq ki, bir müddət əvvəl ölkənin müxtəlif icra hakimiyyətlərindən “APA Group”a bölgə müxbirlərinin akkreditasiyası ilə bağlı müraciətlər daxil oldu. Buna səbəb isə bölgələrdə tanınmış media qurumlarının adlarının oxşarı ilə çıxış edən “reket jurnalistlər”in peyda olması və onların şəhidlər haqqında materialların hazırlanması üçün müvafiq icra orqanlarından və şəhid ailələrindən pul tələb edilməsi olub.
Oxşar Xəbərlər
Şəhid ailələri qəbirlərin 2-ci Şəhidlər Xiyabanına köçürülməsini istəyir
Şuşanın azadlıq xəbərinə sevinən gənclər şəhid anasının ayağından öpdülər — VİDEO
"Vətən müharibəsində Ali Hərbi Məktəbin 10 hərbçisi şəhid olub"
Türkiyə televiziyası şəhid polkovnik haqqında təsirli
Xəbər lenti
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
Bu ərazilərdə işıq olmayacaq
ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
Növbəti 3 günlə bağlı
Xəbərlər
Prezident onlara qonaq getdi -
Fotolar
İlham Əliyev:
Xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
İlham Əliyev:
Bütün Azərbaycan xalqı üçün bayramdır
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dəhşətli təyyarə qəzası: ölənlər var
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
PRİZMA
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bu ərazilərdə işıq olmayacaq
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
Növbəti 3 günlə bağlı
Xəbərlər
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ