Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməməsinin səbəbi açıqlanıb

“Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur”.
“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.
Şöbə müdiri bildirib ki, ölkədə peyvənd vurduranların sayı hələ kifayət qədər deyil : “Şənbə və bazar günlərində ictimai nəqliyyatın işləməməsi səbəbindən yoluxma sürəti aşağı düşür. Belə olanda da biz yoluxma sürətinə nəzarət edə bilirik”.


Oxşar Xəbərlər

Xəbər lenti