Pandemiya dövründə məhbuslar arasında koronavirusa yoluxanların sayı AÇIQLANDI

Koronavirus infeksiyasının pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminin tələbləri rəhbər tutulmaqla penitensiar müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Sozcu.info xəbər verir ki, bunu Penitensiar xidmətinin Baş idarəsində 2021-ci ilin birinci yarımili ərzində fəaliyyətin yekunları üzrə videokonfrans formatında əməliyyat müşavirəsində Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.
Onun sözlərinə görə, bütün qurumlarda davamlı profilaktik tədbirlər həyata keçirilib:
“Görülmüş tədbirlər nəticəsində pandemiya dövründə məhbuslar arasında cəmi 561 yoluxma halı qeydə alınmışdır ki, bu da həmin dövrdə müəssisələrdə saxlanılan şəxslərin sayına nisbətdə 1,4% təşkil etmişdir. Bu sahədə Penitensiar xidmətinin təcrübəsi ölkəmizdə səfərdə olmuş İşgəncələrə qarşı Avropa Komitəsinin nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşları, habelə digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib”.


Oxşar Xəbərlər

Xəbər lenti