Mağaza COVID pasportu olanlara endirim edəcək

Sentyabrın 1-dən Azərbaycanda ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.
Bu qərardan sonra peyvənd olunanların sayında xeyli artım müşahidə edilib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə onlayn fəaliyyət göstərən mağazalardan biri vaksinasiya ilə bağlı maraqlı addım atıb.
Belə ki, mağazadan COVİD pasportu olanlara 15 faiz endirim ediləcəyi bildirilib.
 



Oxşar Xəbərlər

Xəbər lenti