Tanınmış türkiyəli jurnalist evində ölü tapıldı

Tanınmış türkiyəli jurnalist, Krım Xəbər Agentliyinin Türkiyə bürosunun rəhbəri Aydın Taş vəfat edib, onun meyiti yaşadığı evdə aşkarlanıb. 
Sozcu.info xəbər verir ki, jurnalist İsmet Yüksel öz tvitter hesabında A. Taşın intihar etdiyini qeyd edib. Hazırda jurnalistin ölüm səbəbi ilə bağlı araşdırma aparıldığı bildirilir. İyun ayında atası Heydər Taş vəfat edən A. Taşın özünü asdığı deyilir.
 Qeyd edək ki,  mərhum jurnalistin Azərbaycanda da mətbuat nümayəndələri ilə dostluq münasibətləri olub. Bir sıra tanınmış media nümayəndələri onunla birgə təlimlərdə iştirak etdiklərini və qəfil ölüm xəbərindən sarsıldıqlarını qeyd ediblər. 









Oxşar Xəbərlər

Xəbər lenti