Vüqar Məmmədovun saxlanılma yeri dəyişdirildi
TİKİNTİ ŞİRKƏTİNƏ QARŞI DƏLƏDUZLUQ İTTİHAMI
"Lux Residence" 86 yaşlı qadının evini yarı qiymətə almağa çalışıb / VIDEO-
Bu sürücülərin "prava"sı əlindən alınacaq
Könül Kərimova nəvəsi ilə -
FOTO
Prezident İrəvandakı sammitə onlayn qoşulacaq
Makron İrəvandan sonra Prezident Əliyevlə danışacaq:
Xahişi varmış - özü açıqladı
Diqqət: bu dərmanlar...
Arvadını öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
Polis əməliyyat keçirdi -
200 nəfər saxlanıldı
Bazarda qiymətlər sürətlə düşür, bu məhsul iki dəfə ucuzlaşdı -
REPORTAJ
Xarici diplomatlar Şuşada yeni inşa edilən məsciddə olub
Aygün Kazımovanın səhhəti pisləşdi —
Konserti təxirə salındı
Əvvəlki
Sonrakı
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI
- Pakistanın müraciətini nəzərə alıb...
22-04-2026, 13:21
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“XƏSTƏXANALARDA ”DELTA"dan VƏZİYYƏTİ AĞIRLAŞAN UŞAQLAR VAR"
- "Bu, tədrisin təşkilində ciddi problemlər yarada bilər"
"COVİD pasportu olmayanlara xidmət göstərilməməsi Konstitusiyaya ziddir"
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “Mu” adlı yeni variantını izləyir. Təşkilat bununla bağlı açıqlamasında bildirib ki, ‘’Mu’’ variantı hələ tam tədqiq olunmayıb, amma mutasiyalar onun COVİD-19 peyvəndlərinə duruş gətirə biləcəyi riskini yaradır və ÜST bundan narahatdır. ‘’Mu’’ variantına yoluxma ilk dəfə bu ilin yanvarında Cənubi Amerikada qeydə alınıb. Hazırda Cənubi Amerika ilə yanaşı Avropanın da bəzi ölkələrində virusun bu növünə yoluxanlar var.
Virusun digər variantları ilə müqayisədə ‘’Mu’’ya yoluxmaların sayı hələ ki cüzidir. Virusun adı yunan əlifbasının 12-ci hərfindən götürülüb. Elmi dairələrdə ‘’Mu’’ variantı B.1.621 kimi təsnif edilib.
Yeni variantların (ştamların) yaranması haqda əvvəl danışanda deyirdilər ki, tədricən mutasiya virusun öldürürücülük və yayılma qabiliyyətini azaldacaq və sairə. Amma “Delta” ştammı göstərdi ki, əksinə, mutasiya daha təhlükəli varianta çevrilə bilir. Üstəlik, bundan əvvəlki ştamm-COVİD-19 uşaqlara zərər vermirdi, indi isə Azərbaycanda da son günlər hətta uşaqların koronavirusdan ağırlaşması qeydə alınıb.
Mütəxəssislər bunun səbəbini koronavirusun təhlükəli “Delta” ştammının ölkəmizdə də sürətlə yayılmasında görürlər. Məlum olduğu kimi, “Delta” ştammı uşaqlarda da ağır fəsadlara yol aça bilir. Yeni ‘’Mu’’ ştammından nə gözləyək? Uşaqları təhlükəli “Delta” ştammından necə qorumalı?
Mövzu ilə bağlı “Yeni Müsavat”a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova danışıb:
“İlk öncə deyim ki, Kolumbiyada ‘’Mu’’ ştammı ilə əlaqədar genişmiqyaslı tədqiqat aparılmayıb. Ona görə də klinik gedişatı necə olacaq, risk qrupuna kimlər daxil olacaq, qorunma qaydalarında bir dəyişiklik olacaqmı və sairə bu suallarla bağlı indidən dəqiq bir söz demək mümkün deyil. Bu haqda ÜST-in məlumatlarını gözləyirik.
Bildiyimiz odur ki, hazırda Kolumbiyada yoluxanların də ortalama götürsək, 30-40 faizi ”Mu" ştammına yoluxub. Bu da onu göstərir ki, əslində o ştammın da yoluxduruculuğu heç də az olmayacaq. Ancaq yenə də panikaya qapılmayaq, qorunma qaydalarına ciddi bir dəyişiklik olacağını düşünmürük.
Yenə də sosial məsafə, əl gigiyenasına əməl etmək, xüsusən də məktəblərin açıldığı vaxtda otaqların tez-tez havalandırılması, uşaqların əl gigiyenası qaydalarına vərdiş etdirilməsi, simptomları olan uşaqların məktəbə göndərilməməsi və sosial məsafənin məktəblərdə gözlənilməsi kimi qaydalara nəinki məktəb işçilərinin, müəllimlərin, tərbiyəçilərin, eyni zamanda da valideynlərin də diqqətlə yanaşmasını xahiş edirik".
Nilufər Məmmədova
İnfeksionist son günlər uşaqlar arasında da virusdan ağırlaşmaların olduğunu deyib: “Hazırda ölkəmizdə də bu səbəbdən xəstəxanada müalicə alan uşaqlar var. Ölkəmizdə ”Delta" ştammının üstünlük təşkil etdiyini nəzərə alaraq, bu uşaqların da bu ştamma yoluxma nəticəsində ağırlaşmaların olduğunu düşünürük. Bu uşaqların bəzilərinin yanaşı xəstəlikləri olduğu halda, bəzilərinin heç bir yan xəstəliyin olmadan da ağırlaşmaların müşahidə olunduğunu görürük.
Buna görə də, qorunma qaydalarından əvvəl böyüklərdən ciddi tələb etdiyimiz halda, indi uşaqlardan da xüsusən də məktəbə gedən, bağçaya gedən uşaqlar arasında da qorunma qaydalarına ciddi riayət olunmasını xahiş edirik. “Mu” ştammının uşaqlara təsiri ilə bağlı heç bir məlumat əldə etməmişik. Çünki yoluxanların sayı o qədər azdır ki, yoluxanlar üzərində klinik tədqiqat aparıb bir nəticəyə gəlmək hazırda mümkün deyil".
Nuran Abdullayev
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev isə bildirib ki, hazırda dünyada, eləcə də Azərbaycanda uşaqlarla, xüsusən də məktəblilərlə olan vəziyyət elmi əsaslı yeni strategiyalar tələb edir:
“Uşaqlarda Long-COVİD təhlükəsi nəzərə alınaraq onların maksimum şəkildə qorunması və zamanında virusa yoluxmalarının aşkar edilməsi çox vacibdir, əks halda ölkənin səhiyyə sistemində yaranacaq yüklənmədən dolayı uşaqlara da lazımi tibbi xidmətin göstərilə bilməməsi qaçılmaz ola bilər.
Müasir testlərin məktəblərdə ən son elmi əsaslı strategiya ilə tətbiqi tədrisin distant deyil, məktəblərdə davamlı keçirilməsinə birbaşa şərait yaradır. Əks halda, “Delta” variantının özünəməxsus yüksək yoluxduruculuğu məktəblilər arasında, daha dəqiq desək, ümumiyyətlə, tədrisin təşkilində ciddi problemlər yarada bilər".
Natiq Cəfərli
Yeri gəlmişkən, sentyabrın 1-dən Azərbaycanda karantin rejimi uzadıldı, toylarda koronavirus pasportuna olan tələblər sərtləşdirildi. Bu arada, Respublikaçı Alternativ Partiyası Azərbaycanda koronavirus pasportunun tətbiqi metodunu konstitusiyaya zidd sayıb
. Partiyanın Siyasi Komitə üzvü Natiq Cəfərli deyib ki, partiya qaydanın ana qanuna uyğunluğuna aydınlıq gətirməsi üçün Konstitusiya Məhkəməsinə sorğu verməyə hazırlaşır. Bəs görəsən, partiyanın bu addımı “vaksin dissidentlərini” həvəsləndirməyəcək ki?
Mövzu ilə bağlı Natiq Cəfərli “Yeni Müsavat”a danışıb:
“Əslində REAL-ın mövqeyi ondan ibarətdir ki, Azərbaycanda insanların bərabərlik hüququ pozulmasın. COVİD pasport ilə bağlı vətəndaşlara konstitusiya tərəfindən verilmiş bərabərlik hüququ pozulur. Hətta indi özəl müəssisələrdə, kafe və restoranlarda bunun tətbiqini haradasa anlamaq olar. Amma bəzi dövlət qurumları, dövlət idarələri belə ayrı-seçkiliyə yol verirlər.
Məsələn, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və dost mərkəzlərində və başqa sahələrdə COVİD pasportu olmayan vətəndaşlara xidmət göstərilmir. Yəni onların ərizələrinə, müraciətlərinə baxılmayacağı ilə bağlı bəyanatlar olub. Bu, ümumiyyətlə, nonsesdir, doğru deyil.
Azərbaycanda, ümumiyyətlə, COVİD pasportlarının tətbiqi ilə bağlı ciddi problemlər var. Bizim də əsas istəyimiz və qayəmiz ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi bununla bağlı hüquqi şərh versin. Bu, tarix üçün də, hüquq üçün də çox önəmlidir. Tətbiq olunan qərarlar, qaydalar Azərbaycanda insanların bərabərlik hüququnu pozur, yoxsa pozmur. Bu, çox vacib məsələdir. Mənə elə gəlir ki, bununla bağlı Konstitusiya Məhkəməsinin şərh verməsi doğru olardı. Bizim dediyimizin ”dissidentliyə çağırış", həvəsləndirmə ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, mənim bu sözdən o qədər də xoşum gəlmir. “Vaksin dissidentləri” bəzən damğaya çevrilib. Bu xəstəliklə bağlı, virusla bağlı, onun hüquqi və başqa tərəfləri ilə bağlı sual verənləri damğalayırlar, bu doğru deyil. Yəni virusla bağlı o qədər suallar var ki, virusun yayılması ilə bağlı və hökumətlərin tətbiqi ilə bağlı o qədər suallar var ki, bunları vətəndaşlar verməlidirlər.
Vətəndaşların sual vermək və cavab almaq hüququ olmalıdır. Məsələn, indi İsrail baxmayaraq, əhalinin böyük bir hissəsi vaksin olunub (80 faiz), amma yenidən virusun ən yüksək dalğanı yaşayır. İsraildə də ciddi müzakirələr aparılır, hökumətə də, həkimlərə də, ümumiyyətlə, bu məsələ ilə bağlı çox ciddi suallar var. Yəni bu olmalıdır, mütləq baş verməlidir.
Bu çox pis xəstəlikdir, tez bir zamanda yayılır. İl yarımdan çoxdur ki, insanlara, bəşəriyyətə çox böyük zülm edib. Amma bu o demək deyil ki, bundan istifadə edib, insanların haqq və azadlıqlarını məhdudlaşdırmaq da olar. Yəni bizim əsas məqsədimiz insanları bu yöndə bilgiləndirməkdir.
Oxşar Xəbərlər
Məşhur həkimdən bədbin proqnoz: “Yoluxma sayı artacaq”
Həkimdən həyəcan TƏBİLİ: “COVID-19-a yoluxanların 30-40 %-də böyrək zədələnməsi müşahidə edilir” - MÜSAHİBƏ
Azərbaycanda əhaliyə koronavirusun daha təhlükəli mutasiyası ilə bağlı xəbərdarlıq
Mutasiyaya uğrayan yeni virus neçə ölkədə yayılıb?
Xəbər lenti
Vüqar Məmmədovun saxlanılma yeri dəyişdirildi
Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ
TİKİNTİ ŞİRKƏTİNƏ QARŞI DƏLƏDUZLUQ İTTİHAMI
"Lux Residence" 86 yaşlı qadının evini yarı qiymətə almağa çalışıb / VIDEO-
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır —
FOTO
Türkiyədə azərbaycanlı tələbə qəzada öldü -
FOTO
Bu sürücülərin "prava"sı əlindən alınacaq
Könül Kərimova nəvəsi ilə -
FOTO
Prezident İrəvandakı sammitə onlayn qoşulacaq
Sərçə sayəsində milyonçu oldu
Makron İrəvandan sonra Prezident Əliyevlə danışacaq:
Xahişi varmış - özü açıqladı
Azərbaycanda qadın həyat yoldaşını bıçaqladı
Lerikdə gənc oğlanı ildırım vurdu
Diqqət: bu dərmanlar...
Hava ilə bağlı XƏBƏRDARLIQ:
Sabah gündüzdən BAŞLAYIR
Arvadını öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
Mayın 3-ü ilə bağlı bu şəxslərə ŞAD XƏBƏR
Ət yeməyən adamlar 5 növ xərçəngə yoluxmurlar
Xatun niyə bu qədər çəki itirir? -
ÖZÜ AÇIQLADI
Ağcabədidə ər arvadını öldürdü
Polis əməliyyat keçirdi -
200 nəfər saxlanıldı
Bazarda qiymətlər sürətlə düşür, bu məhsul iki dəfə ucuzlaşdı -
REPORTAJ
Bakıda və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Xarici diplomatlar Şuşada yeni inşa edilən məsciddə olub
Aygün Kazımovanın səhhəti pisləşdi —
Konserti təxirə salındı
Balkonda kabab bişirənlər CƏRİMƏLƏNƏCƏK
"WhatsApp"da nömrəni gizlətmək mümkün oldu
Neftin qiyməti belə oldu-
SON RƏQƏMLƏR
Sabah Bakıda 42 km yol bağlı olacaq-
SİYAHI
Aprelin 5-də keçirilmiş buraxılış imtahanının NƏTİCƏLƏRİ
Qarabağ, Şərqi Zəngəzur keçmiş münaqişə zonasından beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə transformasiya
Sürücülərin NƏZƏRİNƏ:
Onlara YOL verəcəksiniz
Prezident Bakıda açılışda İŞTİRAK ETDİ -
FOTOLAR
Azərbaycanda balıq ovu QADAĞAN EDİLDİ
Gömrüklə bağlı YENİ QAYDALAR
Baş nazirdən QƏRAR
Bərdədə qaçaqmalçılıq zənciri belə ifşa olundu -
Saxlanılanlar var
Bakıda güclü külək əsəcək -
XƏBƏRDARLIQ
Belə cərimələri şikayət edə bilərsiniz, silinəcək
May ayının 6 günü ilə bağlı CİDDİ XƏBƏRDARLIQ -
Uğursuz olacaq
İlqar Əliyev həbsdə vəfat etdi
5 gün ardıcıl iş olmayacaq
Neftin qiyməti ilə bağlı VACİB XƏBƏR
Türkiyədə qalan azərbaycanlılar üçün PİS XƏBƏR
Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ -
Bu gün saat 10:00-16:00 aralığında...
SON DƏQİQƏ!
AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA
İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR
Sabah saat 10:00–16:00-dək bu yollarda monitorinq aparılacaq -
Sürücülərin nəzərinə!
1-ci sinifə qəbul başlayır -
Tarix açıqlandı
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş -
Hər ikisi oğurluq edib
Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb
PRİZMA
Qarabağ, Şərqi Zəngəzur keçmiş münaqişə zonasından beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə transformasiya
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır —
FOTO
Sərçə sayəsində milyonçu oldu
Hava ilə bağlı XƏBƏRDARLIQ:
Sabah gündüzdən BAŞLAYIR
Mayın 3-ü ilə bağlı bu şəxslərə ŞAD XƏBƏR
Ət yeməyən adamlar 5 növ xərçəngə yoluxmurlar