Elşən Xəzərin qızı Tik-Toker kimi məhşurlaşan "Beniz"in məhkəməsində ifadə verdi
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
Azərbaycanda süd məhsulları BAHALAŞIR? -
SƏBƏB
TƏCİLİ: İranda DƏHŞƏT YAŞANDI -
Ölən və yaralanan var
Azərbaycanda bu avtomobillər BAHALAŞDI
Ceyhun Bayramov həmkarı ilə ikitərəfli münasibətləri müzakirə etdi
Kraldan Trampa qəribə
XƏBƏRDARLIQ
Verilişi Zaur yox, xanəndə aparacaq
SON DƏQİQƏ!
Azərbaycan nefti bu qədər BAHALAŞDI
Bakıda makler həbs edildi - Yarım milyonluq fırıldaq -
FOTO
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ:
Rusiya hökuməti yeni qərar verdi
Əvvəlki
Sonrakı
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI
- Pakistanın müraciətini nəzərə alıb...
22-04-2026, 13:21
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Oxumaq istəməyən gənclər Türkiyəyə gəlməsinlər” –
Rektor Ahmet Karadağ
Türkiyənin Bozok Universitetinin rektoru, Prof. Dr. Ahmet Karadağın Yenisabah.az-a müsahibəsi:
- Ahmet bəy, bu gün Azərbaycan və Türkiyənin təhsil sahəsindəki əməkdaşlığı nə dərəcədə qaneedicidir?
- Biz iki dövlət, tək millətik. Təhsil sahəsində də digər sahələrdə olduğu kimi Azərbaycanla Türkiyənin əməkdaşlığı davam edir. Ancaq tələblərin təhsili istiqamətindəki əlaqələr çox üst səviyyədədirmi? Məncə, tam deyil. Ancaq onu da bildirməliyəm ki, irəliləyişlər qeydə alınır. Son vaxtlar azərbaycanlı gənclərin təhsil üçün Türkiyəyə marağı artıb. Xüsusilə bəzi universitetlərə ciddi tələb var. Təbii ki, biz Yozqat Bozok Universitetinə də azərbaycanlı gənclərin gəlməyini istəyərik. Çünki Azərbaycanla təhsil sahəsində əlaqələrimizin üst səviyyədə olmasını hədəfləyirik. Biz bakalavr, magistratura və doktorantura üzrə azərbaycanlı gəncləri yetişdirmək istəyirik. Həm azərbaycanlı tələbələrin Türkiyədə, həm türkiyəli gənclərin Azərbaycanda keyfiyyətli təhsil almasını arzulayırıq.
- Türkiyədə təhsil alan xarici tələbələr arasında azərbaycanlıların sayı yetərincə çoxdur. Onların ümumi hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?
- Yozqat Bozok Universiteti azərbaycanlı tələbələrlə yeni tanış olur. Gördüyüm şey odur ki, gənclərimiz Türkiyədə təhsil alacaqları üçün bir qədər həyəcanlı və istəklidirlər. Onlar bu istiqamətdə özlərini hazırlayırlar. Yəni artıq tələbə olaraq hansı sahə üzrə ixtisaslaşacaqlarını yaxşı bilirlər. Mən ötən gün onlarla müzakirə apardım, bir neçə sual verdim, dərhal gələcək peşələrindən bəhs etməyə başladılar. Bu da onu göstərir ki, tələbələrimiz Türkiyəyə niyə gəlmək istədiklərini bilirlər. Hazırlıqla bağlı təbii olaraq əskiklər də təsbit edilə bilər, lakin Azərbaycandan gələn tələbələrin problemləri və gözləntiləri çərçivəsində araşdırma aparılıb həlli mümkün məsələlərdə dərhal tədbir görülə bilər. Yozgat Bozok Universiteti ilk dəfə azərbaycanlı tələbələr qəbul edəcək və biz mütəmadi olaraq tələbələrimizlə müzakirələrə açıq olacağıq. Beynəlxalq Tələbə Birliyimiz başda olmaqla, əlaqəli rektor köməkçisinin vasitəsilə onların problem, gözlənti və ehtiyaclarını müəyyənləşdirib önümüzdəki illərdə daha məmnunedici bir pozisiya yaradacağıq.
- Sizcə, Türkiyədə təhsil almaq xarici tələbələrə hansı üstünlüklər qazandırır?
- Xarici tələbələr üçün Türkiyədə oxumağın nə kimi üstünlüklərinin olduğunu deyəcəm. Ancaq ilk növbədə məhz azərbaycanlı tələbələr üçün olan üstünlükdən danışacam. Daha əvvəl də dediyim kimi, biz iki fərqli dövlət olsaq da, tək millətik. Yəni Türkiyədə bir türk gəncinin dəyəri nədirsə, azərbaycanlı gəncimizin də qiyməti odur. Ona görə də yaxşı təlim keçmiş azərbaycanlı gənc ölkəsinə qayıtdıqda buraya mütləq ki, dəyər qatacaq. Bizim baxış bucağımız budur. Həmçinin bizim hər millətdən tələbə qəbul etmək kimi bir hədəfimiz də var, lakin əsas hədəfimiz keyfiyyəti qorumaqdır. Yəni, həqiqətən də, oxumaq, yaxşı təhsil almaq istəyən gənclərimiz bizim aramıza qatılsınlar və biz onlara yaxşı təhsil verərək mütəxəssis yetişdirək, ölkələrinə göndərək və onlar ölkələrinə dəyər qatsınlar. Yozqat Anadolunun orta yerində bir çox böyük şəhərə nəqliyyat baxımından əlçatımlı olan bir şəhərdir. Türkiyədə ümumi 127 dövlət universiteti var və biz akademik fəaliyyətimizə görə 21-ci yerdəyik. Dünya sıralamasında isə 2066-cı sırada qərarlaşırıq. Bu, bütün dünya dövlətlərinə baxdıqda önəmli bir göstəricidir.
- Bildiyiniz kimi, azərbaycanlı abituriyentlərə həm də attestatla Türkiyənin bəzi universitetlərinə qəbul olunmaq imkanı yaradılır. Bu rahat qəbulun arxasında hansı məqsədlər dayanır?
- İlk növbədə onu qeyd edim ki, biz Yozqat Bozok Universiteti olaraq qətiyyən buna yol verməyəcəyik. Çünki, həqiqətən, oxumaq istəyən tələbələri aramızda görmək istəyirik. Təhsildə keyfiyyəti diqqətə alırıq. O baxımdan da biz öz imtahanımız olan YOBÜYÖS-ü hazrladıq. O imtahanı burada təşkil etdik. Bəli, qardaş ölkənin gənclərinin təhsil üçün bizi seçmələri çöx önəmlidir, ancaq Azərbaycanda universitet qazanmaq potensialı olmayan bir gəncin bizdə imtahansız təhsil almasına da şərait yaratmarıq, yaratmayacağıq. Bəzi universitetlər buna niyə şərait yaradır bilmirəm, bu onların problemidir, ancaq düşünürəm ki, orta təhsil sertifikatı ilə tələbə qəbul etmək doğru deyil. Türkiyəyə təhsil məqsədi ilə gəlməyən gənclərimiz onsuz da yetərli səviyyədə olmadıqları üçün oxuya bilmirlər. Türkiyəyə gəlirlər, yaşama icazəsi alırlar, tədris prosesini uğurla başa vura bilmədikləri üçün fərqli xoş olmayan hallarla qarşılaşırlar. Məsələn, tələbə olaraq gəlir, oxumur, bəzən ailəsinin onu əlavə bir neçə il Türkiyədə saxlamaq imkanı olmur, ehtiyac üzündən xoşagəlməz hallar yaşanır. Bu isə özlüyündə digər azərbaycanlı tələbələrə qarşı da müəyyən dərəcədə pis bir alqı yaradır. Nə azərbaycanlı qardaşlarımız bizi səhv anlasınlar, nə də biz onları. Çünki bu iki dövlət bir-birinə dayaq olmalıdır. Ona görə də oxuya bilməyəcək gənclər Türkiyəyə gəlməsinlər. Hər kəs universitet oxuyacaq deyə bir şey yoxdur. Bizim təsərrüfat sahiblərinə də ehtiyacımız var. Ona görə də Yozqat Bozok Universiteti o səviyyədəki gənclərə qapı açmır. Çünki azərbaycanlı tələbələr həm də sizin mədəniyyət elçilərinizdir, sizləri təmsil edirlər, bizdən Azərbaycana gələnlər də bizi təmsil edirlər. Onlarda tələbə profili yoxdursa, çox səhv anlaşılmalara səbəb olacaqlar. Buna görə də qəbulla bağlı başda YOBÜYÖS imtahanımız olmaqla keçərli digər universitetlərin imtahan nəticələrini və attestat qiymətlərini əsas götürən dəyərləndirmə sistemimiz var.
- İki ölkənin təhsil sisteminin müqayisəsi aparıla bilərmi? Bu iki təhsil sistemi arasında mümkün təcrübə mübadiləsində hansı cəhətləri önə çəkmək olar?
- Universitet rektoru olaraq onu deyə bilərəm ki, bəlkə də, Sovet Rusiyasının Azərbaycana ən müsbət təsiri təhsildə bir səviyyə qatmış olmağıdır. Mən bunu Azərbaycana səfərlərimdə görə bilirəm. Ziyarət etdiyim Kimya İnstitutunun baş mütəxəssisi ilə də görüşdük və gördüm ki, əsas elmlərə çox böyük diqqət ayrılır. Önəmli patentlər alınıb, neftlə bağlı gördükləri işlər, xüsusilə yanıqlara ciddi təsir edən dərmanın, İsrail mənşəli gübrələrdən 3-4 dəfə çox məhsul verə bilən gübrələrin hazırlanması mühüm əhəməmiyyətə malikdir. Azərbaycan universitetlərində gördüyüm şey odur ki, müəyyən sahələrdə araşdırma aparmaqda çox üst səviyyədədirlər, Türkiyədəki universitetlərimiz buradan təməl elmlər, mühəndislik elmi baxımdan təcrübə qazanmalıdır deyə düşünürəm. Məsələn, Yozqat Bozok Universiteti öz sahəmizə xitab edən buradakı hansısa universitetin bir fakültəsi ilə elmi araşdırma metodologiyası ilə əlaqəli ortaq bir çalışma apara bilər.
Türkiyədəki universitetlərdə isə son 8 ildə YÖK-ün yeni üzü ilə birlikdə ciddi irəliləyişlər qeydə alınıb. Məsələn, regional inkişafa yönəldilmiş ixtisas, araşdırma, tematik universitetlər yaradıldı və ümumilikdə, universitetlərin hər birinin üzərinə çeşidli missiyalar qoyuldu. Türkiyədə xüsusilə keyfiyyət, akreditasiya prosesləri, məlumatların dəyərləndirilməsi yaxşı sorğu-sual edilə bilir, mövcud durumun analizi aparılır. Artıq Türkiyənin ən ucqar nöqtəsindəki universitet də çox ciddi işlər görməyə başlayıb. Məsələn, biz də tibb sahəsində çox iddialıyıq. Azərbaycan da bu istiqamətdə bizdən təcrübə əldə edə bilər. Sağlamlıq sahəsində Türkiyədəki universitetlərin, araşdırma xəstəxanalarının təhsil səviyyəsi çox yüksəkdir. Bizim universitetimizdə də tibb fakültəsi var, müəllimlərimiz peşəkarlığına, təcrübəsinə baxdıqda bilirik ki, həqiqətən də, tibb təhsilində mövcud olan standartlar tətbiq edilərək üst səviyyəli təhsillə gələcəyin peşəkar həkimləri yetişdirilir. Xüsusilə ixtisaslaşma istiqamətində TUS imtahanı var. Dünyanın ən çətin üç imtahanından biridir. Biz həmçinin diş həkimi, baytar, o cümlədən tibb bacısı yetişdirmə sahəsində də çox güclüyük. Azərbaycanlı gənclərimiz bu istiqamətlərdə təhsil almaq üçün könül rahatlığı ilə başda Yozqat Bozok Universiteti olmaqla Türkiyənin istənilən universitetini seçə bilərlər. Bu istiqamətdə Azərbaycandakı universitetlərimizin də bizdən nələrsə ala biləcəyini düşünürəm. Əməkdaşlığımız hər sahədə aparıla bilər. Çünki qarşılıqlı əldə edəcəyimiz bir çox şey var.
- Türkiyənin bir sıra universitetlərinin Azərbaycanda filiallarının açılması məsələsində problemlərin olduğuna dair məlumatlarla qarşılaşırıq. Azərbaycanın Təhsil Nazirliyinə yönəlik bu kimi iradlar əsaslıdırmı?
- Məncə, bu dövlətlər səviyyəsində həll edilməli olan bir məsələdir. Onsuz da Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasında çox səviyyəli bir münasibət var. Əgər təməldə belə bir siyasət varsa, Türkiyədəki universitetlərin burada və ya Azərbaycandakı universitetlərin Türkiyədə şöbə açması istiqamətində hər hansı bir problem olmamalıdır. Bu dövlətlər arasında ortaya qoyulacaq protokollar əsasında həll edilməlidir. Düzü, ortaya heç bir kriteriya qoymadan hər kəsin gəlib burada şöbə açmasına ehtiyac yoxdur. Bir kriteriya olmalı, ortaya tələblər qoyulmalıdır. Onlara cavab verən universitetlərin şöbələri ehtiyac olarsa, Azərbaycanda və ya Türkiyədə açıla bilər.
- Pandemiya səbəbilə uzun müddətdir ki, tədris prosesi distant formada həyata keçirilir. Sizcə, bu, tələbələrin inkişafına mənfi təsir göstərirmi?
- Distant təhsilin burada hansı səviyyədə olduğunu bilmirəm, ancaq bizdə hələ koronavirus yeni ortaya çıxdığı vaxtda hər universitetin bir UZEM-i (Uzaktan Eğitim Merkezi) vardı, ancaq işlək deyildi. Sadəcə bir-iki universitet onlayn təhsil həyata keçirirdi. Çünki onların təməl bazaları hazır idi, digər universitetlərin isə təməl bazaları yox idi. Ona görə də distant təhsilin çətinlikləri oldu, hazırlıqsız olmaq müəyyən itkilərə şərait yaratdı. Bütün dünya bu yöndə çətinlik çəkdi və bir şey aydın oldu ki, dünyanın istənilən yerində distant təhsil mümkün olsa da, o, əyani təhsili heç vaxt əvəzləyə bilməyəcək, səviyyə eyni olmayacaq, çünki əlaqə qurmaq önəmlidir. Dünya çətin bir sınaqdan keçdi, uğrulu olanlar və olmayanlar vardı, biz isə çox böyük uğurlar əldə etdik, profesionalaşdıq. İmtahan problemlərini aşdıq. Pandemiyadan sonra Türkiyədəki bütün universitetlər UZEM-in bazasını çox inkişaf elətdirdi. Yozqat Bozok Universitetinin də mərkəzi olsa da, bazası yox idi, ancaq biz çox sürətlə Anadolu Universitetindən dekan bir mütəxəssisi rektor köməkçisi olaraq aramıza qatdıq, distant təhsildə öz idarəetmə sistemimiz olan BÖYSİS-i (Bozok Öğrenme Yönetim Sistemi) qurduq. Eyni zamanda onun mobil tətbiqini yaratdı. Tələbələr həmin tətbiqdən istifadə edərək dərsə qulaq asa, imtahan verə bilirlər, kompüterə bağlı qalmırlar. Bundan sonra artıq dünyanın hər yerində hibrit təhsil aparıcı olacaq. Biz də bu il tədrisi hibrit formada başladacağıq. Belə ki, nəzəri yönümlü dərslərin onlayn, digərlərinin isə əyani formada keçiləcəyi tədris ilini həyata keçirəcəyik. Türkiyədə distant təhsil lazımi səviyyədədir.
Oxşar Xəbərlər
Havar Məmmədov:"Qafqaz Universiteti tələbələrinin diplomlarının Türkiyədə tanınmamasına dair rəsmi qərar göndərilməyib"
Ərdoğan
Ənənəvi təhsil ləğv edilir? – Rektordan önəmli açıqlama
Anadolu Universitetinin Bakı filialının diplomlarının tanınmamasının səbəbi açıqlanıb
Xəbər lenti
Elşən Xəzərin qızı Tik-Toker kimi məhşurlaşan "Beniz"in məhkəməsində ifadə verdi
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
İctimai nəqliyyatda ödənişlərlə bağlı YENİLİK
Gecələr yuxunuz ərşə çəkilib?
Bu saatlarda çölə ÇIXMAYIN
Azərbaycanda süd məhsulları BAHALAŞIR? -
SƏBƏB
TƏCİLİ: İranda DƏHŞƏT YAŞANDI -
Ölən və yaralanan var
Azərbaycanda bu avtomobillər BAHALAŞDI
Ceyhun Bayramov həmkarı ilə ikitərəfli münasibətləri müzakirə etdi
Kraldan Trampa qəribə
XƏBƏRDARLIQ
Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi - Ölən var
Aprelin 30-na olan hava proqnozu AÇIQLANDI
Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu -
FOTO
Verilişi Zaur yox, xanəndə aparacaq
SON DƏQİQƏ!
Azərbaycan nefti bu qədər BAHALAŞDI
Bakıda makler həbs edildi - Yarım milyonluq fırıldaq -
FOTO
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ:
Rusiya hökuməti yeni qərar verdi
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
“Qaçqınkom”un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş
Nazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş
Oliqarx oğlu məhkəməni bu dəfə də uduzdu
– Övladını ad-soyadını və aliment verəcək
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir?
– Rusiyanın “kölgə tanker”ində İran izi
İlham Əliyev bu sazişi təsdiq etdi
Abşeronda da Zərifə Əliyevanın 103 illiyi qeyd edildi -
FOTOLAR
Hərbçilərə şəxsi jeton veriləcək
Türkiyə F-16-ları Azərbaycanda təlimdə iştirak edir
İran ABŞ blokadası aradan qaldırılmadan danışıqlara getməyəcəyini açıqladı
Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə
MÜHÜM XƏBƏR
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
“Şahdağ” hoteli qardaşıma məxsusdur”
-DEPUTAT
Hava ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ -
Ciddi risk var
Dəhşətli hadisə:
Dərsə getmək istəməyən yeniyetmə atasını güllələdi
Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
Leyla və Arzu Əliyevalar Xan məscidində -
FOTOLAR
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
Onkoloq xərçəng hüceyrələrini məhv edə bilən 4 qidanı sadaladı
İranın Ali Milli Təhlükəsizlik Şurası TƏCİLİ İCLAS KEÇİRDİ
VAZ 2103 170 min manata satışa çıxarıldı
SOS: Xəzər quruyur -
XƏBƏRDARLIQ
Buğa, Qız və Oğlaqlara şad xəbər-
Həmin gün gəlib çatdı
Neftin son dəqiqə QİYMƏTİ -
BAHALAŞMA
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sənədləri açıldı
-Koreya əsirləri üzərində gizli təcrübələr iddiası
Sülhün memarı: İlham Əliyev və qlobal barışıq fəlsəfəsi
Prezident manatın məzənnəsindən danışdı
Daşkənd aeroportunda qızların Dubaya göndərilməsinin qarşısı alınıb
İlham Əliyev: Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur
Heyvan bazarları ilə bağlı ciddi məhdudiyyətlər GƏLİR
TƏCİLİ! Baş nazir benzinlə bağlı QƏRAR İMZALADI
PRİZMA
Sülhün memarı: İlham Əliyev və qlobal barışıq fəlsəfəsi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
İctimai nəqliyyatda ödənişlərlə bağlı YENİLİK
Gecələr yuxunuz ərşə çəkilib?
Bu saatlarda çölə ÇIXMAYIN
Aprelin 30-na olan hava proqnozu AÇIQLANDI
Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə
MÜHÜM XƏBƏR
Hava ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ -
Ciddi risk var