Havar Məmmədov:"Qafqaz Universiteti tələbələrinin diplomlarının Türkiyədə tanınmamasına dair rəsmi qərar göndərilməyib"

Havar Məmmədov:"Qafqaz Universiteti tələbələrinin diplomlarının Türkiyədə tanınmamasına dair rəsmi qərar göndərilməyib"

 

Azərbaycanın Qafqaz Universiteti Türkiyənin Ali Təhsil Şurasının (YÖK) Qafqaz Univeristetində təhsil alan tələblərin diplomlarının tanınmayacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qafqaz Universitetinin rektoru Havar Məmmədov  bununla bağlı məlumatların yalnız şifahi formada yayıldığını bildirib. Onun sözlərinə görə, Qafqaz Universitetində təhsil alan türk tələbələrin diplomlarının Türkiyədə tanınmayacağı, eyni zamanda adıçəkilən universitetin azərbaycanlı bakalavr məzunlarının Türkiyədə magistr pilləsi üzrə təhsil ala bilməyəcəyi barədə rəsmi qərar təqdim edilməyib: "Bu gün Qafqaz Universitetində magistratura pilləsi də daxil olmaqla 95 türk tələbə təhsil alır. Bu gün üçün onların təhsillərində heç bir problem yoxdur və rahat təhsil alırlar. Bu məsələ ilə bağlı bizə rəsmi qərar təqdim edilməyib. Bununla bağlı rəsmi məlumat yoxdur. Bizim diplomların tanınması ilə bağlı ölkələr arasında müqaviləmiz var. Dövlət ali məktəblərində olduğu kimi, Qafqaz Universitetinin də diplomların tanınması davam etdiriləcək”.



Oxşar Xəbərlər

Xəbər lenti