Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ceyhun Bayramov:
Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Ece İrtemin ölüm səbəbi məlum oldu
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
Prezident qəbul keçirdi -
Fotolar
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Əvvəl Mədəniyyət Nazirliyi özünü çox mədəni aparırdı” – Bir kitablıq problem
Azərbaycanda kitab problemi ilə bağlı mediada zaman-zaman müzakirələr aparılıb, bu problemlərdən müxtəlif çıxış yolları axtarılıb. Hazırda Azərbaycanda kitabçılıq sahəsində üzdə olan bir neçə məsələ var: Oxucunun azlığı problemi, kağıza tətbiq olunan yüksək vergi, kitab qiymətlərinin baha olması, yayım və bizim hələlik bilmədiyimiz digər məsələlər...
Bakıda yaxın günlərdə keçiriləcək kitab sərgi-yarmarkası bu sahə ilə bağlı problemləri daha da aktuallaşdırdı. Mövzu yenidən mediada, sosial şəbəkələrdə dartışılmağa başladı. Və bəlli olur ki, illərdir səslənən problemlər nəinki həll olunub, hətta daha da inkişaf edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid mövzu ilə bağlı Sozcu.info bildirib ki, Azərbaycandakı nəşrlərlə bağlı həm yaxşı əsərlərin yazılmaması, həm də oxucu problemi mövcuddur.
O, kitab oxuyanların kəskin şəkildə azalmasının səbəbinin dövrün dəyişməsi və informasiya texnologiyalarının inkişafı ilə əlaqələndirir:
“Qabaqlar kitab oxuyan - bədii əsərlər, romanlar, dram əsərləri oxuyanların çoxu indi TV-lərin və sosial şəbəkələrin izləyicisinə çevrilib. Bu tələbatları həmin informasiya şəbəkələri - “YouTube”, “Facebook”, “TikTok”, “Instagram” və s. ilə təmin edirlər. Ona görə də informasiya, qəbul formasını dəyişib indi. Təəssüf ki, oxumaq arxa plana keçir.
İnsanların elə bil ki, oxumağa səbri və hövsələsi çatmır. Hətta xırda həcmli yazıları belə oxumurlar. Daha çox baxmağa və görməyə meyllənirlər. Bunun nəticəsi olaraq o həddə gəlib çıxıb ki, kitablara maraq azalıb.
Mən deməzdim ki, Azərbaycanda dəyərli əsərlər yoxdur, sadəcə olaraq gənclər buna etinasız yanaşır, oxumurlar. Buna görə də bu hər iki tərəfli olan bir mexanizmdir. Mən bunu dövrün və zamanın tələbinə yazardım”.
Rəşad Məcid bildirir ki, Azərbaycanda kağıza ƏDV-nin ləğv olunması ilə bağlı naşirlər uzun müddətdir ki, tələb səsləndirirlər: “Onsuz da kitab satılmır və bu kitabların qiyməti çox aşağıdır. Görürük ki, “Qanun Nəşriyyatı” hətta bir neçə dəfə kitabların qiymətini aşağı edib ki, kitaba maraq yaransın.
Bizdə təəssüf ki, normal nəşriyyatlar formalaşmayıb. Barmaqla sayılası bir neçə nəşriyyat var sadəcə.
Müəlliflərə ümumiyyətlə qonorar verilməsi məsələsi bir-iki nəşriyyat istisna olmaqla yoxdur. Nəşriyyat sektorunda çətinlik var, bu da real vəziyyətdə kitabların satılmaması ilə bağlıdır. İndi nəşriyyatlar necə işləyir? Müəlliflər aparır onlara kitabın pulunu ödəyir və sonra kitablarını yığır evinə ki, kiməsə hədiyyə versinlər.
Bir neçə yazıçı var ki, onların əsərləri çap olunur və satılır. Ramiz Rövşənin, Çingiz Abdullayevin son zamanlar çıxan kitabları satılır. Başqa yazıçılarımızın əsərlərinə isə təəssüf ki, maraq yoxdur. Bu o demək deyil ki, bunlar dəyərli əsərlər deyil. Sadəcə insanlar oxumağa sərf elədiyi vaxtı, hazırda digər tərəflərə yönləndirib”.
Yazıçı Azərbaycanda kitabların yayım problemlərinə toxunaraq qeyd edib ki, əvvəllər kitab dükanları az idi: “Təxminən 10 il qabaq demək olar ki, yox dərəcəsində idi. Bizim böyük mədəniyyət mərkəzlərimizdə - Gəncə, Lənkəran, Naxçıvan və s. yerlərdə kitab mağazaları yox idi. Hazırda kitab şəbəkəsi tamamilə dağılıb, sıradan çıxıb. Kitabın təbliğatı ilə bağlı televiziyalar heç nə etmirlər. Onlar daha çox yüngül şou-biznesə yol verirlər. Kitab təbliğatını sona saxlayırlar və bəzən də heç etmirlər. Bu mənada bunların hamısı kompleks şəklində yığılmış problemlərdir. Burada zamanın gətirdiyi problemlər də var. Gərək yazıçılarla yanaşı, yayın evləri də daha kreativ olalar və yeni düşüncə tərzində öz fikirlərini, yazılarını oxucuya təqdim etsinlər”.
Qanun Nəşruyyatının rəhbəri Şahbaz Xuduoğlu “Yeni Sabah”a amıqlamasında yaxın günlərdə keçiriləcək kitab yarmarkası və Mədəniyyət Nazirliyi ilə naşirlər arasında baş verən qalmaqaldan danışıb.
Bildirib ki, Azərbaycanda müstəqil kitab yarmarkaları keçirilməlidir. Çünki İstanbul, Frankfurt hətta Moskva kitab yarmarkaları müstəqil naşirlər tərəfindən keçirilir. Mədəniyyət Nazirliyi bu ölkələrdə bu işlərlə məşğul deyil.
“Azərbaycanda bu vaxta qədər 7 dəfə Mədəniyyət Nazirliyi bu işi təşkil edib. Bu il sentyabrın 22-nə təyin etmişdilər. Sonra isə yarmarkanın tarixini oktyabrın 6-na keçirdilər. Həmin müddətdə də biz fikirləşdik ki, əgər onlar bunu təxirə salırlarsa, onda niyə görə biz özümüzün azad, sərbəst və müstəqil yarmarkamızı keçirməyək?
Onsuz da kitab yarmarkasına gələnlər, yeni kitablarla tanış olmağa gəlirlər. Kitab yazarları, kitab satıcıları və bu qəbildən olan kəslər gəlir. Ona görə də biz bu çevrəni daha geniş əhatə etməkdən ötrü, belə bir yarmarkanı keçirmək ideyasını irəli sürdük. Bizim məqsədimiz odur ki, burada həm kitab satıcıları, həm rəssamlar, həm kitab qrafiki ilə məşğul olan insanlar iştirak etsinlər, həm də əl sənətləriylə məşğul olan insanlar qonağımız olsun. Bir sözlə hər kəs.
Bu sənətkarlığı inkişaf etdirmək, onlara azad bazarın imkanlarını göstərmək məqsədiylə belə bir addım atmışıq. Düşünmürəm ki, bu alternativ sərgidir. Biz sadəcə sərbəst kitab satışı sərgisi keçirdirik. Nazirlik isə nümayiş sərgisi keçirir. Mahiyyət etibariylə bunlar bir-birindən fərqlidir. Biz alıcılar üçün daha geniş imkanlar yaradırıq, onlar isə sadəcə görmək istəyənlər üçün daha geniş imkanlar yaradırlar. Bu mənada yarmarkalarımız bir-birindən fərqlənir.
Həm də ki, bizim yarmarka oktyabrın 1-dən 10-na qədər, Nazirliyin yarmarkası isə oktyabrın 6-dan 10-na qədər olacaq. Bu yarmarkalar bir-biriləri ilə üst-üstə düşmür demək olar. Bizim yarmarkada iştirak edənlər, daha sonra Mədəniyyət Nazirliyinin də yarmarkasında iştirak edə bilərlər. Adətən belə olur.
Məsələn Bolonyada olan yarmakalarla, Frankfurtda olan yarmarkalar üst-üstə düşə bilər. Bu o demək deyil ki, birinə gedənlər digərinə getmirlər. Hər iki yerə də getmək lazımdır və yaxud bir ölkənin bir şəhərində baş verən yarmakayla, eyni ölkənin başqa şəhərində olan yarmarka üst-üstə düşə bilər. Bu tamamilə mümkündür və burada qeyri adi heç nə yoxdur. Əksinə bu cəmiyyətdə kitaba marağı artırar. Cəmiyyətin mövzusu bütöv halda kitabdan ibarət ola bilər. Burada mən pis bir şey görmürəm, əksinə bu kitabın uğurlu bir müstəviyə çıxması deməkdir”.
“Ali və Nino” kitab mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli isə Nazirliyin sərgi üçün təkliflərinin uyğun olmadığını qeyd edir.
“Biz “Ali və Nino” kitab şəbəkəsi olaraq ənənəvi formada nazirliyin bütün yarmarkalarında iştirak edirik. Hər iki ildən bir bu yarmarkalar keçirilir və həmişə biz çox böyük bir həvəslə burada olmuşuq.
Bu bir faktdır ki, “Qanun Nəşriyyatı” ilə yanaşı bizim də stendlərimizin önündə hər zaman çoxlu adam olub. Yüzlərlərlə, minlərlə insanlar gəliblər. Çünki biz çox yaxşı endirimlər təklif edirik. Bundan öncəki yarmarka isə möhtəşəm keçdi, minlərlə insan iştirak etdi bu yarmarkada. Biz bu yarmarkalara hər zaman böyük həvəslə hazırlaşırıq. Yazıçılarla görüşlər, müxtəlif tədbirlər, maraqlı imza günləri və s. həmişə olub.
Bu il də belə həvəslə iştirak etmək istədik, amma burada bir vacib məsələ var.
Birincisi, bizə ümumiyyətlə rəsmi dəvət gəlmədi. Qeyri-rəsmi şəkildə bizə dedilər ki, gəlirsiniz, ya yox. Sanki ilk gündən nazirlik öz qabağında belə bir məqsəd qoyub ki, “Ali və Nino” gəlməsin. Eyni şey “Qanun”la da baş verib. Rəsmi dəvət gəlməyib və bizə qoyduqları şərt belə olub ki, sizə 6m² pulsuz verilir. 6m² bilirsiniz nədir? 1 stol, üzərində də 10 dənə kitab. Vəssalam. Biz də hər zaman 3-4 stend götürürük. Buna görə də daha geniş yer istədik. Hər zaman nazirlik buna normal yanaşırdı. Bu il isə astronomik rəqəm istədilər bizdən. Həm bizdən, həm “Qanun”dan əlavə 4.000 manat pul istəyiblər. Biz də söylədik ki, bu absurd bir rəqəmdir və biz satışlardan heç bu qədər qazana bilmirik. Yüksək endirimlə kitab satırıq, xərclərimiz çoxdur, işçilərin maaşı, logistika xərcləri və s.
Bir şey də var ki, Nazirlik bu il yarmarkanı Bakı Ekspo Mərkəzində keçirməyi planlaşdırır. O da dünyanın o başında. Axı ölkədə o qədər çox kitabsevər də yoxdur ki, buradan avtobusla ora getsin. Biz də söylədik ki, əgər bu qərar qəbul olunubsa, çox xahiş edirik naşirlərə, kitab şəbəkələrinə daha yaxşı yer verin. Mən yalnız özümlə bağlı yox, digər naşirlərlə bağlı da danışmışam ki, kim nə qədər istəyir, o qədər də yer istəsin. Onsuz da Bakı Ekspo Mərkəzi nəhəng bir yerdir.
Belə bir sual da var ki, Nazirliyin təbii ki, böyük bir büdcəsi var. Hələlik bu büdcəni gizli saxlayırlar. Bizim bununla bağlı suallarımız çoxdur. Necə olur ki, siz hər şeyə pul xərcləyirsiniz, amma bizdən 4 000 manat istəyirsiniz? Biz bundan sonra qərar qəbul etdik ki, özümüz ürəyimiz necə istəyir, elə bir yarmarka da təşkil edək. Digər nəşriyyatları da dəvət edirik.
Mədəniyyət Nazirliyi özünü çox pis aparır. Onların tərəfindən çox böyük bir basqı var bizə. Keçirmək istədiyimiz yarmarkaya onlar qadağa qoymaq istəyiblər. Sadəcə biz etiraz etdik və hələlik bizdən əl çəkiblər. İndiyə qədər heç bir zaman Mədəniyyət Nazirliyi özünü belə göstərməmişdi. Əvvəllər onlar özlərini çox mədəni aparıblar. Bu il bilmirəm niyə belədir?
Əslində bilirəm. Orada naşirlik şöbəsi var və o şöbədə “Ali və Nino”-nun dırnaqrası dostu olan Akif Manaflı oturub. Onun elə bil ki, həyatının mənası bizim işlərimizi çətinləşdirməkdir. İndi də bizə qarşı belə hərəkətlər edir. Təəsüf ki, onun belə bir siyasəti, Nazirliyin bütün elədiklərinə böyük bir ləkə qoyur. Biz bundan narazıyıq.
Eyni zamanda biz çox pozitivik. Çünki istədiyimiz kimi yarmarka edəcəyik və bilirəm ki, minlərlə insanlar bizim yarmarkamızı gözləyir. Çünki orada möhtəşəm endirimlər olacaq. 30-70% endirimlərlə yanaşı, minlərlə kitablar 1-2 manata satılacaq. İkinci əl kitabların satışı da olacaq orada. Kimin evində kitablar çoxdursa gəlib orada pulsuz iştirak etsin. Onlar istəsələr kitablarını dəyişə, istəsələr də sata bilərlər. Biz belə bir kitab bayramı təşkil edirik”.
Nazirliyin keçirəcəyi yarmarkaya gəldikdə Nigar Köçərli deyir ki, Azərbaycanda nə qədər çox kitab yarmarkası olsa, bir o qədər yaxşıdır: “Nazirliyin təşkil etdiyi yarmarkada kim iştirak edəcəksə, onlara uğurlar arzu edirəm. Ümid edirəm ki, orada maraqlı bir tədbir olacaq. Sadəcə məni şey narahat edir ki, orada əsas məqsəd satış yox, sadəcə muzey sərgisi təşkil etməkdir. Ona görə biz ora qatılmaq istəmirik. Bizim əsas məqsədimiz oxucularımıza daha yaxın olmaq, böyük endirimlər həyata keçirməklə satışlar aparmaq və bu kimi maraqlı tədbirlər keçirməkdir”.
Oxşar Xəbərlər
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq.
Türkiyədə ermənilərin iç üzünü açan yeni kitab nəşr olundu
Soydaş İB tanınmış idmançılarla bağlı kitab hazırlayır
Qaraçöpdə kitab qıtlığı yaranıb
Xəbər lenti
Bir daha restorana gedəndə buz istəməyin:
Mütəxəssislər səbəbini açıqladı
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ceyhun Bayramov:
Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
Bakının bir sıra yollarında tıxac yaranıb
İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq —
Açıqlama
Ece İrtemin ölüm səbəbi məlum oldu
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
16 yaşlı Vüsalın da meyiti tapıldı
Prezident qəbul keçirdi -
Fotolar
Bu ərazilərdə qaz olmayacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Türkiyədə hava limanında insident -
Polislər yaralandı
Şimşək çaxır, yağış yağır -
FAKTİKİ HAVA
AHİK işçinin səsinə çevrilməlidir, susqun quruma yox
YAŞLILAR KRESLODAN "QALXMAQ" İSTƏMİR, GƏNCLƏR İSƏ... \
– Statistik göstəricilər nəyi ortaya qoyur?
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
Tramp Ərdoğanla görüşdə CAATSA və F-35 məsələlərindən danışdı
SON DƏQİQƏ:
Tanınmış jurnalist SAXLANILDI - FOTO
Azərbaycanlılar bu ölkədən deport olundu
Azərbaycanlılar bu ölkədən deport olundu
Avqustda iş olmayan günlər -
Hansılardır?
Bakıda 6500 manata ev elanı -
"Dələduzların fırıldaq metodu"
Məktəbli forması ilə bağlı yeni dəyişikliklər
Bakıda avtomobil iki yerə bölündü -
xəsarət alanlar var - Video
Bir stəkan çay müalicəni puç edə bilər
Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI -
Çox güclü olacaq
Abituriyentlər üçün VACİB XƏBƏR -
Bu tarixə qədər sənədlər təqdim olunmalıdır
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
Bir ailənin dörd üzvü dənizdə batdı, ikisi...
Hansı hallarda xəbərdarlıq etmədən işdən çıxmaq olar?
Vəhşi fil 14 il bir ailəni təqib edib, onları tapıb və öldürüb
Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...
Bu rayonlara 3 gün güclü yağış yağacaq, sel gələcək -
Xəbərdarlıq
ŞOK ƏMƏLİYYAT – 48 nəfər saxlanıldı -
200 milyonluq DƏLƏDUZLUQ
Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi
Sabah çimərliklərdə hava necə olacaq?
İlham Əliyev Artur Piter Mutarikaya təbrik məktubu göndərdi
Həbs edilən "Arzum" ləqəbli tiktoker cəza ilə razı deyil -
Apellyasiya şikayəti verdi
Bir ailənin 3 üzvü yol qəzasında öldü
Fantastik qarət:
zərgərlik xəzinəsi oğurlandı
Köhnə su sayğacları tarixə qovuşur:
Milyonlarla abonenti gözləyən yenilik
SON DƏQİQƏ!
Əhaliyə sarı xəbərdarlıq edildi
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bir daha restorana gedəndə buz istəməyin:
Mütəxəssislər səbəbini açıqladı
Bakının bir sıra yollarında tıxac yaranıb
Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq —
Açıqlama
Bu ərazilərdə qaz olmayacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Şimşək çaxır, yağış yağır -
FAKTİKİ HAVA
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL