Yeni pandemiya gəlir? - XƏBƏRDARLIQ

Alimlər H5N6 adlı ölümcül quş qripinə yoluxan insanların yarısının öldüyünü açıqlayıb. Bildirilib ki, quş qripi bütün dünyaya yayılmaq üzrədir.
Sozcu.info xarici mətbuata istinadən xəbər verir ki, İtaliyada quş qripinə yoluxma qeydə alınıb. Dünən isə Çinin Hunan əyalətində 60 yaşlı qadının quş qripindən öldüyü iddia olunub. Qeyd olunub ki, qadın ölü ev heyvanlarına toxunduqdan sonra quş qripinə yoluxub. Çinin başqa bölgələrində də quş qripinə yoluxma halları qeydə alınıb.
Həmçinin İsrail də quşçuluqda yüksək patogen H5 quş qripi (HPAI) müşahidə olunduğunu bildirib. Bundan başqa, Rusiya da fərqli bölgələrində kütləvi quş ölümlərinin qeydə alındığı barədə məlumat yayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı İtaliyanın şimalındakı hinduşka fermasında yüksək patogen H5N1 quş qripinin yayılması və təxminən 200 quşun tələf olduğu barədə məlumat verib.


Oxşar Xəbərlər

Xəbər lenti