ÜST-dən YENİ XƏBƏR: Dünyada pandemiya BU VAXTDA başa çatacaq

"Mənə tez-tez pandemiyanın nə vaxt bitəcəyi sualı verilir. Mənim cavabım budur ki, pandemiya dünya onu dayandırmağa qərar verəndə sona çatacaq".

Sozcu.info  xəbər verir ki, bu açıqlamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Berlində keçirilən Ümumdünya Sağlamlıq Sammitində çıxışında edib. Onun sözlərinə görə, dünyada koronavirus pandemiyasına qalib gəlmək üçün bütün lazımi vasitələr, o cümlədən tibbi vasitələr var, lakin bu imkanlardan düzgün istifadə olunmur. Baş direktor ilin sonuna qədər dünya ictimaiyyətinin ən azı 40 faizinin peyvəndlənməsini təmin etməyə çağırış edib:
Hər şey öz əlimizdədir. Lakin dünya bu vasitələrdən yaxşı istifadə etməyib. Hər həftə 50 minə yaxın insan ölür, bunlar yalnız haqqında məlumat verilən ölümlərdir” deyə ÜST rəsmisi bildirib.


Oxşar Xəbərlər

Xəbər lenti