Biləsuvarda 46 yaşlı kişini maşın vurub.

Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın baş məşqçisi Fatih Terimi sərt cəzalandırıb.
Sozcu.info federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna 68 yaşlı mütəxəssisin Superliqanın 13-cü turunda "Fənərbaxça"ya uduzduqları (1:2) görüşdə baş hakim Halil Umut Meleri təhqir etməsi səbəb olub. Ona 5 oyunluq cəza verilib.
Terim oyunda qırmızı vərəqə alaraq texniki zonadan qovulmuşdu.
Beləliklə, Fatih Terim qırmızı vərəqəyə görə ümumilikdə 6 qarşılaşmada komandasının yanında ola bilməyəcək.


Oxşar Xəbərlər

Xəbər lenti