Lənkəranda 61 yaşlı kişini qatar vurub

Lənkəran rayonunda 61 yaşlı kişi qatarın altında qalaraq ölüb.
Sozcu.info report-a istinadən xəbər verir ki, hadisə Lənkəran dəmiryolu stansiyasından təxminən 300 metr aralıda baş verib.
Belə ki, Lənkəran şəhər sakini, 1960-cı il təvəllüdlü Həsənov Vəfadar Hüseyn oğlu naməlum şəraitdə qatarın altında qalıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları və prokurorluq əməkdaşları baxış keçirdikdən sonra meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}