Mahir Emreli “Qarabağ”a qayıdır? - Rəsmi açıqlama

“Müqavilə ilə hər hansı bir kluba məxsus olan futbolçu barədə fikir bildirmək peşəkarlıq baxımından doğru olmaz”.
Sozcu.info xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında "Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə  Polşa “Legiya”sında oynayan azərbaycanlı futbolçu Mahir Emreli haqqında deyib.
Onun sözlərinə görə, yayda “Qarabağ”dan “Legiya”ya keçən Mahir Emrelinin Varşava təmsilçisi ilə uzun müddətli, 3 illik müqaviləsi var.
“Bizim bildiyimiz qədəri ilə Mahir Emrelinin klubdan ayrılıb “Qarabağ”a geri dönmək fikri yoxdur”, -deyə sonda klub rəsmisi bildirib.
Qeyd edək ki, Mahir Emrelinin Plotsk “Visla”sı ilə oyundan sonra bazada azarkeşlər tərəfindən hücuma məruz qalması səbəbi ilə “Legiya” klubundan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.


Oxşar Xəbərlər

Xəbər lenti