Dünən, 15:01
11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda "Qarabağ" İtaliyada "Napoli" klubu ilə üz-üzə gələcək. Bəs Azərbaycan təmsilçisini necə bir oyun gözləyir?
İdman eksperti Araz Əhmədov Metbuat.Az-a açıqlamasında bildirib ki, bu görüş “Qarabağ” üçün pley-off mərhələsinə qalmaq üçün dönüş nöqtəsidir:
“Ağdam təmsilçisi bu oyundan xal və yaxud xallarla qayıdarsa, böyük ölçüdə növbəti mərhələyə keçə biləcək. Bunu etmək üçün isə ilk dəqiqələrdən “Napoli”nin güclü təzyiqinə tab gətirmək lazımdır. “Qarabağ” ilk 15-20 dəqiqədə qol buraxmasa, oyuna ortaq ola bilər”.
A.Əhmədov qeyd edib ki, bu qarşılaşma həm də dahi, “Napoli”nin əfsanəsi Maradonanın ölüm gününə təsadüf edir:
“Bu isə italiyalılar üçün əlavə stimuldur. Mən 2:1 rəqibin qələbə qazanacağını düşünürəm”.
Qeyd edək ki, "Qarabağ" yeddi xalla 15-ci, "Napoli" isə dörd xalla 24-cü yerdədir. Oyun isə Bakı vaxtı ilə saat 00:00-da "Dieqo Armando Maradona" stadionunda start götürəcək.
Sevinc İbrahimzadə