İmişlidə hamilə qalan 11 yaşlı qızdan xəbər varİmişlidə hamilə qalan 11 yaşlı qız və Şamaxıdan gətirilən azyaşlıların vəziyyəti açıqlanıb.Sozcu.info xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ötən ilin yekunları və
2022-ci ildə qarşıda duran hədəflərə həsr olunan mətbuat konfransında bildirib ki, hazırda azyaşlılar
sosial xidmət mərkəzindədilər:
"Uşaqların adaptasiyası üzrə iş aparılır. 11 yaşlı qız məktəbə gedir. Uşaqlara müəssisədə bütün sosial xidmətlər göstəriləcək. Reabilitasiya üçün hər cür dəstək göstərilir. Gələcəkdə biz
qiymətləndirmələr aparacağıq ki, ailələrdə belə halların qarşısını alaq".