Bu gün, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
Bakıda və Abşeron yarımadasında iyunun 16-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-30° isti, Bakıda gecə 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.