Ünvanlı sosial yardım verilməsindən imtinanın ilginc səbəbi - Valideynləri ayrılmış uşaqlar anaları ilə görüşüb…

Ağdamdakı yurd – yuvasından didərgin düşmüş , Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi, 86b saylı komada məskunlaşan 2-ci dərəcəli əlil İbrahimov Elçin Əfqan oğluna  iki tələbə oğlu ilə birlikdə ödənilən ünvanlı dövlət sosial yardımının müddəti bu ilin martında bitib. Yenidən sənədlərini ƏƏSMN-in elektron sisteminə göndərən yardıma ehtiyacı olan vətəndaşın 5 aydır gözləməkdən “gözünün kökü saralıb”. “Bu gün- sabah” deyə-deyə bu günlərdə 142 çağrı mərkəzindən bildiriblər ki, yardımdan imtina edilib. Səbəbi isə çox ilgincdir. Sən demə, əlil ata evdə olmayanda ayrıldığı həyat yoldaşı uşaqları ilə evdə görüşübmüş! (?) Ananı uşaqları ilə bir yerdə “cinayət” başında yaxalayan sosial məmurlar- “cinayət axtarışı agentləri” bu “əsas”la “donos” raportu” yazıb, imtinaya nail olublar.

İndi əlil vətəndaş,  yurdu işğaldan azad olunan və hələ də minalardan köçməyə yaramayan məcburi köçkün ailəsi çarəsiz durumdadır. “Suçu” o qədər böyükdür ki, əfvə də düşmür. Gərək dövlət sosial yardım orqanlarına yalan məlumat verməyəydi, düzgünü deyəydi ki, uşaqları rəsmi qaydada ayrıldığı anaları ilə görüşür. (?) Bu məlumatı gizlətməsi isə yardım verilməsindən imtinaya əsas olub.

Maraqlıdır, bəyəm ananın balaları ilə görüşməsi cinayətdir? Lap olsun, bu cinayət ünvanlı sosial yardımın verilməsindən imtinaya necə əsas ola bilər? Bəyəm ananın  uşaqları ilə görüşməsi ailənin maddi gəlirini artırır? Axı ana heç yerdə işləmir! Belə çıxır, ana balaları ilə, həyat yoldaşı ilə düşmən olmalıdır? Bu necə sosial yardım siyasətidir?

Ümid edirik ki, rəhbərlik sosial “cinayət” agentlərinin özbaşınalığına son qoyar və ailə əfvə düşər.

Məğrur BƏDƏLSOY



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}