Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlu xüsusi açıqlama ilə çıxış edib. Musavat.com həmin açıqlamanı təqdim edir.
Deputatlığa namizəd olduğum 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri MSK tərəfindən açıqlanmayıb. Buna səbəb kimi həmin dairədən şikayətlərin olması göstərilir. MSK sədri Məzahir Pənahov mətbuat konfransında deyib ki, bu şikayətlərə həssaslıqla baxılacaq, bəlkə də heç bir əsası yoxdur, bəlkə də hansısa addım atılmalıdır. Bizim dairədən başqa, daha bir neçə seçki dairəsində də analoji vəziyyət haqqında məlumat yayılıb. (Ümumilikdə 8 dairə)
Təbii ki, seçki mürəkkəb bir tədbirdir, böyük bir yarışdır, onminlərlə insanın seçici olaraq rol aldığı, tərəflərə bölündüyü nəhəng siyasi teatrdır. Bu baxımdan, gərginlik, çəkişmə, mübahisə gözləniləndir. O cümlədən də şikayətlər. Biz də seçkinin gedişatına dair rəqibimizin qanunsuz əməlləri və saxtakarlıqları barədə şikayətlər vermişik.
Lakin biz özümüzə və qələbə əldə etdiyimizə inanırıq. Seçki qərargahımızdakı məlumatlar göstərir ki, mən ən yaxın rəqibimi bir neçə minlik səs fərqi ilə üstələmişəm. Biz bu nəticə üçün gecə-gündüz, soyuq-qar demədən, çalışdıq! Dürüstlüyümüzə, əvvəldən sona qədər, bütün prosesi şəffaf və halal apardığımıza əminik. Buna görə də hər hansı araşdırma bizim maraqlarımıza uyğundir. Belə bir addım qələbəmizin legitimliyini daha da möhkəmləndirəcək.
Ona da əminəm ki, ən qısa zamanda hər şey aydınlaşacaq, haqq etdiyim qələbə rəsmiləşəcək, daha da legitimləşəcək və həm minlərlə narahat seçicim, həm dostlar sevinəcək.
Millətimizə və dövlətimizə xeyirli olsun!"