12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyası vəzifələr üçün vakansiyalar elan edib.
Həmin siyahını təqdim edirik:
- “Gəmi sürücülüyü” fakültəsinə dekan
- “Gəmi mexanikası və elektromexanikası” fakültəsinə dekan
- “Gəmi elektroavtomatikası” kafedrasına müdir.
Dekan olmaq istəyən namizədlərdən tələblər:
- Kadr hazırlığı aparılan ixtisaslara uyğun elmi ad və dərəcə
- Ən azı 5 il elmi-pedaqoji təcrübə
- Peşə-ixtisas hazırlığı.
Kafedra müdiri olmaq istəyən namizədlərdən tələblər:
- Profilə uyğun peşə-ixtisas hazırlığı
- Elmi ad və dərəcə
- Ən azı 5 il elmi-pedaqoji təcrübə.
Sənədlər rektorun adına yazılmış ərizə ilə birgə ADDA-nın əsas binasına (Bakı şəhəri, akademik Zərifə Əliyeva küçəsi 18) təqdim edilməlidir.
Müraciət üçün son tarix: 18.09.2022
Əlaqə telefonu: 404 37 00 (daxili 3220) \\Sfera.az