7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Bərdə Rayon Mərkəzi Xəstəxanası yeni doğulan körpənin ölümü ilə bağlı açıqlama yayıb.
Hurriyyet.az xəbər verir ki, Ağcabədi rayon sakini, 38-39 həftəlik hamilə olan 1997-ci təvəllüdlü hamilə qadın 20.08.2022-ci il saat 12:30 radələrində süni sancılarının olması səbəbilə xəstəxanaya yerləşdirilib. Xəstənin bütün lazımlı müayinələri aparılıb və qeysəriyyə əməliyyatı üçün hazırlanıb. Qadının 2 730 qram çəkidə olan övladı doğulub.
Yeni doğulan körpəyə tənəffüs pozğunluğu, perinatal dövr üçün spesifik olan dəqiqləşdirilməmiş infeksiyası, kəskin ürək-damar çatışmazlığı diaqnozu qoyulub. Bir neçə saat küvezdə saxlanılan körpə daha sonra vəfat edib.