12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
"MİQ imtahanlarının məntiqi müəllimləri işə götürməkdir. Sertifikasiya imtahanında isə müəllimləri bir-birindən fərqləndirməkdir. Yaxşı nəticələr göstərən müəllimlərin maaşlarında artım olacaq".
Musavat.com xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin brifinqində nazir Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, bu mexanizmin üzərində işlər gedir: "İstənilən halda bu alqoritm növbəti 4 il ərzində tətbiq ediləcək. Bu proses təxminən 35 min müəllimi əhatə edəcək.