12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Qırmızı kxmerlərin lideri iki milyon kambocalını məhv edib. Onlar ya katorqa əməyindən, ya da acından ölüb. O, kobra şorbasını, təzə meyvələri və Çin şərabını, həmçinin, dəbdəbəli naharları sevib. Xalq isə yoxsulluq və səfalət içində su və düyü ilə kifayətlənib.
Kim Çen İr
Şimali Koreya lideri (1994- 2011) öz zövqlü yeməkləri ilə seçilib. O, köpək balığı və it ətindən şorbanı xoşlayıb, düyünü isə onun üçün bir qrup qadın hazırlayıb. Onlar düyünü eyni formada, ölçüdə, uzunluqda seçməli, Çin sərhədində dağın zirvəsində bitən bitkilərin alınan odunlardan istifadə etməklə ocaqda hazırlayıblar.
O, həm də təzə balığlı hələ diri olanda yeməyi xoşlayıb. Ona yemək hazırlanan zaman Şimali Koreyalılar acından əzab çəkib.
İosif Stalin
Sovet İttifaqının ikinci lideri sayılan Stalin qəddarlığı, gücü və kənd təsərrüfatı ölkəsini sənaye dövlətinə çevirməyi, ikinci dünya müharibəsində qələbə qazanması ilə məşhur olub.
Onun sevimli yeməklərindən bala batırılan karamellə qozlardan ibarət ənənəvi gürcü desertini göstərmək olar.
Stalinin ziyafətləri 6 saatadək davam edib, masada gürcü mətbəxinin yeməkləri, yunan qozu, sarımsaq, şəftəli və nar olub.
Benito Mussolini
Mussolini İtaliya dövlətini rəhbəri və faşist hərəkatının banilərindən biri olub, onun Fransaya nifrət hissi siyasətdən kənara çıxıb. Bir dəfə o, deyib: "Fransız mətbəxi heç nəyə dəyməz, İtalyan mətbəxi dünyada ən yaxşısıdır".
Evdə həyat yoldaşı Rakele və uşaqları ilə müəyyən zamanda yemək yeməyi və onun evə gələndə ailə üzvlərinin hamısının masa arxasında əyləşməsini istəyib. Sevimli yeməyi xırdalanmış sarımsaqla, yağ və limonla sadə salat olub.
Sonradan 1945- ci ildə onda qara ciyərin böyüməsi, qanda şəkərin artması və yoğun bağırsağında patologiya aşkar ediləndə qida rasionuna toyuq və dovşan əti əlavə edilib.
Liderlərin qida vərdişləri incə zövqdən və yemək hazırlanmasında ustalıqdan xəbər verə bilər, amma eyni zamanda onlar çoxlarının ağlı və mənəviyyatının çatışmazlığını nümayiş etdirir. Onlar yeməkdə maksimal ekstravaqantlıq nümayiş etdirir, xalqları isə yeməyə nə çörək, nə də düyü tapa bilir. \\Moderator.az