7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 9 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sozcu.info-ya verilən məlumata görə, xəstəlikdən 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 824 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 524 nəfər müalicə olunaraq sağalıb, hazırda 368 aktiv xəstə var. Bu günə qədər 9 987 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 682, bu günə qədər isə ümumilikdə 7 395 267 test icra olunub.